Icma.az
close
up
RU
Milli “qızıl qurum”un yubiley sikkələri

Milli “qızıl qurum”un yubiley sikkələri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“AzerGold” QSC fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley sikkə kolleksiyasını ictimaiyyətə təqdim edib. Sikkə dəsti “AzerGold” QSC-nin ötən on il ərzində ölkənin dağ-mədən sənayesinin inkişafına verdiyi töhfələri əks etdirir.

Qızıl və gümüş sikkələrin ön hissəsində “AzerGold”un korporativ üslubunu və fəaliyyət istiqamətini simvolizə edən elementlər, mərkəzi hissədə isə QSC-nin loqosu yerləşdirilib.

Kompozisiyanı əhatə edən konsentrik dairəvi xətlər davamlı inkişafı, hərəkəti və gələcəyə yönəlmiş strateji baxışı ifadə edir.

Sikkənin əsas elementi olan “10” rəqəmini əhatə edən spiral relyef açıq tipli mədən karxanasının yuxarıdan görünüşünü xatırlatmaqla mərkəzə doğru enən pilləli quruluş təsiri yaradır. Karxana təsviri yerin dərinliklərindəki sərvətlərin insan əməyi, elm və texnologiyanın vəhdəti sayəsində iqtisadi dəyərə çevrilməsini vurğulayır. Sikkələrin üzərində “2016-2026” tarixlərinin əks olunması isə “AzerGold”un 10 illik fəaliyyət yolunu simvolizə edir.

Kolleksiya dövlət şirkətinin ölkəmizdə hasil etdiyi qızıl və gümüş xammalından hazırlanıb. Həm estetik görünüşü, həm də xatirə əhəmiyyəti ilə diqqətçəkən məhsullar məhdud sayda istehsal olunub.

Sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Yeri gəlmişkən, bu günədək “AzerGold” QSC-nin istismar etdiyi mədənlərdən 558 min unsiyadan çox qızıl və 1 milyon unsiyadan artıq gümüş hasil olunub. Bu barədə “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Sədr qeyd edib ki, qiymətli metalların daxili və beynəlxalq bazarlarda satışı nəticəsində QSC 2,2 milyard manatdan çox gəlir əldə edib: “Sevindirici haldır ki, bu günə qədər şirkətin qızıl layihələrinin icrası üçün dövlət büdcəsindən ümumilikdə cəmi 47 milyon manat investisiya ayrılıb. Bunun müqabilində şirkət 10 dəfədən çox, yəni 473,5 milyon manat xalis mənfəət formalaşdırıb. Eyni zamanda, dövlət büdcəsinə 295,3 milyon manat məbləğində vergi və sosial ödənişlər həyata keçirilib”.

Qeyd edək ki, beynəlxalq fəaliyyətin genişləndirilməsi “AzerGold” QSC-nin qarşıdakı dövr üçün əsas strateji hədəflərindən biridir. Zakir İbrahimov bildirib ki, məqsəd yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də perspektivli mədən layihələrində iştirak etmək və beynəlxalq tərəfdaşlıqları genişləndirməkdir: “Bu istiqamətdə son illərdə müxtəlif ölkələrlə əməkdaşlıq imkanları araşdırılıb, yeni tərəfdaşlıqların qurulması üçün mühüm addımlar atılıb. Xüsusilə mineral resurslarla zəngin Mərkəzi Asiya və Afrika regionları bizim üçün prioritet təşkil edir”.

O əlavə edib ki, yaxın zamanda “AzerGold” QSC, Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti və “Uzbekgeologorazvedka” ASC arasında Özbəkistanda perspektivli yer təki sahələrinin geoloji öyrənilməsi və qiymətləndirilməsi üzrə üçtərəfli birgə müəssisənin yaradılmasının əsas şərtlərini müəyyən edən sənədin imzalanması da nəzərdə tutulur. Onun sözlərinə görə, bu əməkdaşlıq gələcəkdə xarici ölkələrdə uğurlu layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri