Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Milli Qurtuluş Günü: Xalq lider birliyinin təntənəsi

Milli Qurtuluş Günü: Xalq lider birliyinin təntənəsi

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 11-də Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli  Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd edib ki, tariximizin taleyüklü səhifələrindən biri olan Milli Qurtuluş Günü ölkəmizin gerçək müstəqilliyini və tənəzzüldən xilas olaraq tərəqqi mərhələsinə yüksəlməsini təmin edən tarixi dönüş nöqtəsi kimi yaddaşlara əbədi həkk olunub: “Sirr deyil ki, 1991-cı ildə dövlət müstəqilliyini bərpa etmiş ölkəmiz ciddi daxili və xarici təhdidlərlə üzləşmişdi. Dərin iqtisadi və siyasi böhrandan əziyyət çəkən Azərbaycan Ermənistanın genişlənən hərbi təcavüzü fonunda regionda təcrid vəziyyətinə düşmüşdü. Belə bir mürəkkəb dönəmdə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı ağır sınaqlardan xilas etdi və gələcək inkişafın möhkəm təməllərini yaratdı”.

YAP Sədrinin müavini vurğulayıb ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin əsası qoyuldu: “Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik bərpa olundu, ictimai-siyasi proseslər sağlam məcraya yönəldildi, qanunun aliliyi təmin edildi və dövrün çağırışlarına uyğun milli inkişaf strategiyası uğurla həyata keçirilməyə başlandı. 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş etdi, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirdi”.

Tahir Budaqovun sözlərinə görə, 2003-cü ildə xalqımız Heydər Əliyev yoluna sədaqət nümayiş etdirərək cənab İlham Əliyevə yüksək etimad göstərdi: “Bu, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasətin alternativsizliyinə qətiyyətli inamın birmənalı ifadəsi idi. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirdi. Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirilməsi Azərbaycanı sürətli inkişaf yoluna çıxardı. İqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən ölkəmiz şanlı Zəfər zirvəsinə yüksəldi”.

YAP Sədrinin müavini bildirib ki, Ulu Öndərin tükənməz dövlətçilik irsinin, o cümlədən Milli Qurtuluş məfkurəsinin yeni nəslə dolğun surətdə çatdırılmasında, Azərbaycan gəncliyinin milli maraqlara sadiq, yüksək vətəndaş məsuliyyətinə malik şəxsiyyətlər kimi yetişdirilməsində ali təhsil müəssisələrinin də üzərinə mühüm vəzifələr düşür: “Müasir dövrdə universitetlər yalnız peşəkar kadrlar hazırlayan elm və təhsil müəssisələri deyil, eyni zamanda, dövlətçilik irsinin, milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının təbliğ olunduğu önəmli ictimai institutlardır. Bu xüsusda Azərbaycan Dillər Universitetinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Universitetdə gənclərin müasir biliklərə yiyələnməsi, xarici dilləri dərindən öyrənməsi, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, tarixi köklərə bağlı və dövlətçilik ənənələrinə sadiq vətəndaşlar kimi formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır”.

Tahir Budaqov qeyd edib ki, müasir dövrdə gənclərin qarşısında duran əsas vəzifə yüksək bilik və bacarıqlara yiyələnmək, milli maraqları hər zaman üstün tutmaq və əzmkar fəaliyyəti ilə ölkəmizin gələcəyinə layiqli töhfə verməkdir: “Əminik ki, Milli Qurtuluşdan başlanan şanlı Zəfər yolu bundan sonra da xalqımıza tarixi nailiyyətlər qazandıracaqdır. Hər birinizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə məqsədyönlü fəaliyyətinizdə uğurlar arzulayıram”.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla çıxışında bildirib ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. Onun sözlərinə görə, o vaxtkı vəziyyətdən xalqı xilas etməyi Heydər Əliyev kimi böyük şəxsiyyət bacara bilərdi: “Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun - Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Bu gün təkcə hakimiyyət dəyişikliyi və ya siyasi hadisə kimi deyil, Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlaması, parçalanmaq təhlükəsindən xilas olması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından taleyüklü mərhələ kimi qiymətləndirilir. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin böhrandan çıxararaq sabitlik, inkişaf və dövlət quruculuğu mərhələsinə gətirib çıxardı”.

Kamal Abdulla qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında 1993-cü ildən başlanan dövlət quruculuğu siyasəti dayanır: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə güclü dövlət institutları formalaşdı, sosial-iqtisadi inkişaf təmin edildi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam və inkişaf etdirilərək yeni mərhələyə yüksəldildi. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artması nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması Ulu Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu Zəfər həm də ata vəsiyyətinin yerinə yetirilməsi, Azərbaycan xalqının tarixi ədalətinin bərpası idi”.

Milli Qurtuluş Gününün milli birliyin təmin olunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını söyləyən K.Abdulla deyib ki, məhz bu gün Azərbaycan xalqının öz taleyini müəyyənləşdirdiyi, dövlətçiliyin xilası naminə doğru siyasi seçim etdiyi tarixi dönüş nöqtəsidir: “Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində mövcudluğunu davam etdirən Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır, regionun aparıcı güc mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir”.

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin inkişafında da Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu deyərək ali məktəbin professor-müəllim heyəti və tələbələrinin hər zaman dövlətçiliyə sadiq qaldığını vurğulayıb.   

Çıxış edən Azərbaycan Dillər Universitetinin professoru Fərman Zeynalov bildirib ki, xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Azərbaycanı real təhlükələrdən qurtarmaqla yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi: “Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı”.

Onun sözlərinə görə, Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar və qurucu Lider rolunu oynadı: “Mübaliğəsiz demək olar ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün - 15 İyun tariximizin ən parlaq səhifələrindən biridir. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında müstəqil siyasət yürüdən ölkə kimi layiqli yer tutur, milli maraqlarımız qətiyyətlə tam şəkildə qorunur, - deyə F.Zeynalov vurğulayıb.

Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Fəxriyyə Mirzəyeva çıxışında qeyd edib ki, Milli Qurtuluş Günü dövlətçilik tarixində dönüş nöqtəsi, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi yolunda mühüm hadisə kimi yaddaşlara həkk olunub. Onun sözlərinə görə, bu gün biz müstəqil, güclü və inkişaf edən Azərbaycanda yaşayırıqsa, məhz bunun təməlində məhz Ulu Öndərimizin hakimiyyətə tarixi qayıdışı dayanır: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlu inkişaf yolunu davam etdirir. Azərbaycan gəncliyi üçün bu gün geniş imkanlar yaradılıb. Təhsil, elm, innovasiya, beynəlxalq əməkdaşlıq və sahibkarlıq sahələrində gənclərə göstərilən diqqət gələcəyin savadlı, peşəkar və vətənpərvər nəslinin formalaşmasına xidmət edir”.

O bildirib ki, gənclər yalnız savadlı mütəxəssis olmaqla kifayətlənməməli, həm də bilik və bacarıqlarımızı daim inkişaf etdirərək,  Azərbaycanın gələcək uğurlarında fəal iştirak etməlidir. “Mənim üçün bu tədbir həm də xüsusi mənəvi əhəmiyyət daşıyır. Çünki Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmağım və partiya vəsiqəsi almağım bir gənc olaraq məni qürurlandırır .Etimadı doğrultmaq, dövlətçilik dəyərlərinə sadiq qalmaq, ölkəmizin inkişafı naminə fəal olmaq və Ulu Öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə dəstək vermək hər birimiz üçün böyük şərəfdir”.

Sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda 15 İyun – Milli  Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri