Icma.az
close
up
RU
Milli Qurtuluş Günü: Xalq lider birliyinin təntənəsi

Milli Qurtuluş Günü: Xalq lider birliyinin təntənəsi

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi” mövzusunda tədbir keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunmasını və inkişaf yoluna çıxmasını təmin edən tarixi dönüş nöqtəsidir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəni siyasi və iqtisadi böhrandan xilas edərək sabitliyin bərpasına, dövlətçiliyin möhkəmlənməsinə və milli inkişaf strategiyasının həyata keçirilməsinə zəmin yaradıb.

Mərkəzi Aparatın rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilərək Azərbaycanın iqtisadi gücü, beynəlxalq nüfuzu və hərbi qüdrəti daha da artırılıb, ölkə tarixi Zəfərə imza atıb. O, həmçinin gənc nəslə dövlətçilik irsinin və milli-mənəvi dəyərlərin aşılanmasında ali təhsil müəssisələrinin mühüm rol oynadığını qeyd edərək, bu baxımdan Azərbaycan Dillər Universitetində gənclərin həm müasir biliklərə yiyələnməsinə, həm də dövlətçilik ənənələrinə sadiq vətəndaşlar kimi formalaşmasına xüsusi diqqət yetirildiyini bildirib. T.Budaqov gəncləri yüksək bilik və bacarıqlara yiyələnməyə, milli maraqlara sadiq olmağa və ölkənin inkişafına töhfə verməyə çağırıb.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş qarşıdurması təhlükəsinin qarşısını alaraq ölkəni dərin böhrandan çıxarıb, sabitlik və dövlət quruculuğu mərhələsinin əsasını qoyub. Bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz həmin dövrdə müəyyənləşdirilən inkişaf strategiyası dayanır.

K.Abdulla vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilərək Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü artırılıb, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. O, həmçinin Azərbaycan Dillər Universitetinin inkişafında Ulu Öndərin xüsusi xidmətlərini qeyd edərək, universitet kollektivinin hər zaman dövlətçilik prinsiplərinə sadiq qaldığını bildirib.

Azərbaycan Dillər Universitetinin professoru Fərman Zeynalov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı üzləşdiyi təhlükələrdən xilas etməklə yanaşı, ölkənin gələcək inkişaf strategiyasını da müəyyənləşdirib, onun rəhbərliyi ilə ictimai-siyasi sabitlik bərpa olunub və sosial-iqtisadi islahatların əsası qoyulub. O qeyd edib ki, müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti dayanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs davam etdirilərək ölkənin dinamik inkişafı, milli maraqların qorunması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi təmin olunub.

Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Fəxriyyə Mirzəyeva çıxışında Milli Qurtuluş Gününün Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, ölkənin bugünkü uğurlarının əsasında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dayanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan inkişaf yolunu uğurla davam etdirir. Fəxriyyə Mirzəyeva gənclər üçün yaradılan imkanlardan bəhs edərək onların ölkənin gələcək uğurlarında fəal iştirak etmələrinin vacibliyini vurğulayıb, Yeni Azərbaycan Partiyasına üzv olmasının onun üçün qürurverici hadisə olduğunu qeyd edib.

Sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri verilib, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri