Icma.az
close
up
RU
Milli Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri TƏHLİL

Milli Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri TƏHLİL

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olan gerçəklik ondan ibarətdir ki, ötən əsrin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini qazansa da, onu qoruyub, saxlamağı bacarmadı. Çünki o zaman cəmiyyətdə birlik mövcud deyildi. İkincisi, hakimiyyət iddiasında olan insanların sayı kifayət qədər çox idi. Nəzərə almaq lazımdır ki, 23 aylıq AXC hakimiyyəti dövründə 5 dəfə hökumət dəyişikliyi baş vermişdir. Məhz bu cür boşluqlardan istifadə edən Rusiya çətinlik çəkmədən Azərbaycanı işğal edib, dövlətçiliyinə son qoydu. Allahımıza min dəfələrlə şükürlər olsun ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan yenidən müstəqil dövlətçiliyini bərpa etmək imkanını qazandı. Təəssüf ki, yenə də ötən əsrin əvvəllərində baş vermiş səhvlər təkrarlanmağa başladı. Müxtəlif vasitələrlə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək gücünə və imkanına malik deyildi. Çünki dövləti idarə etmək, xalqın maraqlarını təmin etmək, xarici siyasi kursu layiqincə həyata keçirmək üçün bacarıqları və təcrübələri yox idi. Bu çatışmazlıqlar ölkəni ağır bəlalara sürükləyirdi. Vəziyyəti ağır olmasından istifadə edən erməni terrorçu hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Xalq problemlərin aradan qaldırılması, erməni terror maşınının torpaqlarımızın işğal etməsinin qarşısının alınmasının, sosial-iqtisadi məsələlərin həll edilməsi üçün AXC- Müsavat iqtidarına çağırışlarla müraciətlər etsələr də, bu çağırışlara, etirazlara əhəmiyyət verilmirdi. Əksinə, AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin iyun hadisələri ölkədaxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkəni düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə ölkə ziyalıları 1992-ci ilin oktyabrın 16-da o dövrün ən populyar, sevilən və seçilən qəzeti olan “Səs” qəzeti vasitəsilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı. “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir”.

Ziyalıların Ulu Öndərə müraciətindən: “Bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa....”

Ziyalıların Ulu Öndərə ünvanlanan müraciətində qeyd olunur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!: “ Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.

Ziyalıların müraciətinin sonunda bir daha qeyd edilir ki, müraciətə minlərlə Azərbaycan vətəndaşı qoşulmağa hazırdır: “Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ürəyi hər zaman xalqının istək və arzuları ilə döyünən Dahi Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət münasibət bildirdi. Ulu Öndərimiz Heydər Əliyev 1992-ci il oktyabrın 24-də “Səs” qəzeti vasitəsi ilə ziyalıların müraciətinə cavab məktubunda qeyd edir ki, Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də Məni narahat edir:

“Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

Məqsəd və vəzifələr layiqincə yerinə yetirildi

1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir. Sonralar Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində demişdir: “YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

1993-cü ildə Dahi Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, məhv olunmasından xilas etdi. Uğurlu Horadiz əməliyyatından sonra Ermənistanın atəşkəs sazişini imzalanmağa məcbur edilməsi həm ölkədə sabitliyin yaradılmasına, həm də digər sahələrdə uğurlu addımların atılmasına yol açdı. 1994-cü ilin sentyabrın 20-də əfsanə kimi görünən “Əsrin müqaviləsi” neft sazişi imzalandı. “Əsrin müqaviləsi” yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycana artan inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində, həmçinin imzalanan saziş və Anlaşma Memorandumlarının sayında da özünü qabarıq şəkildə büruzə verdi. 1995-ci il noyabrın 12-də qəbul olunan Milli Konstitusiyamız insan hüquq və azadlıqlarının qorunmasında ən möhkəm baza rolunu oynayır. Ölkəmizdə azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı.

Vədlərinə əməl edən LİDER

Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas başlıca amillərdən bir də Dahi Öndərimiz Heydər Əliyev ölkə Prezidenti İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsidir. Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqa müraciətində demişdir: “Üzümü Sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ötən 21 il ərzində Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin başlatdığı bütün işləri yüksək səviyyədə həyata keçirib, başlıcası Azərbaycanı dünyada öz gücü, qüdrəti və inkişafı ilə seçilən Qalib bir dövlətə çevirib, Ata vəsiyyətini yerinə yetirib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin son 21 ildə gördüyü fundamental işlər Onun 2003-cü il prezident seçkiləri ərəfəsi xalqla görüşündə verdiyi bütün vədləri yerinə yetirdiyini göstərir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, “neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Bu günümüzün reallıqları bu məqsədin artıq gerçəklik olduğunu təsdiqləyir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi” nin imzalanması və sair kimi biri-birindən əhəmiyyətli hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir. “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır.

44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı

Azərbaycan dövlətinin uğurlarının və qələbələrinin ən böyük zirvəsi 44 günlük Vətən Müharibəsi ilə qazanılan qələbə təşkil edir. 2020-ci il sentyabrın 27 -də başlayan 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın erməni işğalından azad edilməsi Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsidir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. 2023-cü ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Azərbaycan Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Qarabağda aparılan antiterror əməliyyatları ilə terrorçu hərbi birləşmələr tamamilə ləğv olundu və terrorçu başçılar həbs olunaraq istintaq orqanlarına təhvil verildilər. Yaxın günlərdə terrorçu başlar məhkəmə qarşısına çıxarılacaq və layiq olduqları cəzaları alacaqlar.

Söz yox ki, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsinin kökündə Ulu Öndərimiz Heydər Əliyevin zamanında əsasını qoyduğu siyasəti və bu siyasəti uğurla davam etdirən Fateh Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla və möhtəşəm şəkildə həyata keçirməsi dayanır. Bundan sonra da bu siyasət dəyişməz olaraq qalacaq. Bu isə Azərbaycan dövlətinə və xalqına yeni-yeni uğurlar, qələbələr, zəfərlər vədd edir.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see291

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see275

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see193

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see161

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see160

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see158

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see144

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see143

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see143

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see134

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see134

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see131

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see129

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see128

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see127

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see125

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see119

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

İsti havada rahat yuxuya getməyin BEŞ EFFEKTİV YOLU Nevroloqdan məsləhət

13 İyun 2025 02:38see114

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri