Icma.az
close
up
RU
Milli Qürur Günü

Milli Qürur Günü

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

28 May  Azərbaycan xalqının tarixində ən mühüm və şərəfli gündür. Bu tarix xalqımızın  azadlıq uğrunda mübarizəsini, dövlətçilik ənənələrinin qorunmasını və müstəqil Azərbaycan dövlətinin formalaşmasını əks etdirir.

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Lakin 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində Azərbaycan müstəqilliyini itirdi və Sovet İttifaqının tərkibinə daxil edildi.    

Bununla belə, xalqımız azadlıq ideyalarından heç vaxt vaz keçmədi. 1990-cı il noyabrın 17-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında tarixi qərar qəbul edərək Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən dövlət bayrağı kimi qaldırdı. Bu hadisə milli azadlıq hərəkatının güclənməsinə və Azərbaycanın yenidən müstəqillik qazanmasına böyük təsir göstərdi.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə 15 iyun 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Ölkəmiz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır.

Xüsusilə İkinci Qarabağ Müharibəsi müstəqil Azərbaycanın gücünü bütün dünyaya göstərdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Şuşanın azad olunması qələbənin ən mühüm simvoluna çevrildi. 2020-ci il noyabrın 10-da Azərbaycan tarixi zəfər qazandı və ölkənin ərazi bütövlüyü bərpa edildi.     Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması ölkə Prezidenit İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan güclü dövlət kimi inkişaf edir. Müstəqilliyimizin qorunması, dövlətimizin daha da güclənməsi və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi hər bir vətəndaşın əsas vəzifəsidir.

Məhz buna görə də  28 May Azərbaycan xalqının azadlıq və dövlətçilik yolunun ən mühüm mərhələləsidir. Bu günlər bizə müstəqilliyin nə qədər dəyərli olduğunu xatırladır və xalqımızın birliyini, gücünü və vətən sevgisini nümayiş etdirir.

 Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

28 May – Müstəqillik Günü yalnız tarixi bayram deyil, həm də milli birlik, vətənpərvərlik və dövlətçilik günüdür.Bu gün hər bir azərbaycanlı öz müstəqil dövləti ilə fəxr edir.

Sevinc Mustafayeva

YAP Culfa rayon təşkilatının fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 May 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri