Icma.az
close
up
RU
Milli ruhumuzun nəfəsi

Milli ruhumuzun nəfəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan dili xalqımızın min illər boyu qoruyub yaşatdığı, nəsildən-nəslə ötürdüyü ən böyük mənəvi sərvətidir. Bu dil milli kimliyimizin və tarixi yaddaşımızın daşıyıcısıdır. Beşik başında şirin laylaları ilə könlümüzə hopan bu dili bizə ilk dəfə ana nəfəsi öyrədib. Ana kimi bizə müqəddəs olan ana dili hər birimizin iftixar mənbəyi, mənəvi and yeri, Vətənə və millətə bağlılığımızın ən saf ifadəsidir. 

Uzun illər ərzində ölkəmizin yadelli işğalı altında qalması Vətənimizin taleyində dərin yaralar açıb, ana dilimizin sıxışdırılması ilə nəticələnib. Ana dilimiz öz doğma yurdunda yad münasibətə məruz qalıb. Müxtəlif dövrlərdə qadağalara, məhdudiyyətlərə və laqeydliyə baxmayaraq xalqımız dilimizi böyük məhəbbətlə qoruyub, yaşadıb və bu günümüzə əmanət edib. Xüsusilə, keçmiş ittifaq dövründə ana dilimizə və mənəvi irsimizə qarşı məqsədyönlü siyasət həyata keçirilib. Azərbaycan dilinin ictimai həyatdakı mövqeyinin zəiflədilməsi üçün ardıcıl addımlar atılıb. Küçə adlarının, müəssisə və mağaza lövhələrinin başqa dillərdə yazılması, rəsmi mühitdə ana dilinə ikinci dərəcəli münasibət göstərilməsi xalqımızın milli-mənəvi dəyərlərinə yönəlmiş təzyiqlərin nümunəsi idi. Nəhayət
ana dilimizə və milli düşüncəmizə qarşı illərlə davam edən ayrı-seçkiliyə son qoyan qətiyyətli bir iradə meydana çıxdı.

Hər şey 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə başladı. İmperiyanın tərkibində milli kimliyini və mənəvi dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda həmin gündən etibarən mənəvi irsin qorunması və inkişafı istiqamətində ardıcıl addımlar atıldı. Tarixin bu günündə Heydər Əliyev böyük vətəndaşlıq, vətənpərvərlik və liderlik nümunəsi nümayiş etdirərək cəsarətli qərarları ilə Azərbaycanı azərbaycanlılara qaytardı, xalqın özünüdərkinin möhkəmlənməsinə və milli qürurunun bərpasına yol açdı. Azərbaycanı milliləşdirən Ulu öndər millətin intibahına geniş yollar açdı. Ana dilimizin qorunması və ucaldılması naminə mühum addımlar atan Heydər Əliyev imperiyanın ağır basqıları altında Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail oldu. Bu hadisə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması uğrunda qazanılmış ən böyük tarixi nailiyyətlərdən biri oldu. Heydər Əliyevin qətiyyətli addımları sayəsində ana dilimiz imperiyanın caynağından xilas oldu və müstəqil Azərbaycana qədər ləyaqətlə qorunub saxlanıldı. 

Müstəqillik illərində də Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi Ulu öndər Heydər Əliyevin milli dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri oldu. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsi, 2001-ci ildə dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi ilə bağlı mühüm fərmanların imzalanması və Prezident yanında Dövlət Dil Komissiyasının yaradılması ana dilimizə göstərilən yüksək ehtiramın təzahürü idi. Həmin il avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilməsi isə dilimizin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə verilən önəmin parlaq ifadəsi oldu. 

Sonrakı illərdə bu müqəddəs proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan dilinin qorunması, inkişafı və müasir dövrün tələblərinə uyğun tətbiqi istiqamətində mühüm addımlar atıldı. Çünki dilimizin yaşadılması milli varlığımızın qorunması qədər müqəddəs və taleyüklü bir missiyadır. Fikir dahilərindən biri haqlı olaraq qeyd edir ki, dil xalqın ruhunun təzahürüdür, dil onun ruhu, ruh isə onun dilidir. Biz bu dil vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyonluq soydaşımızla ünsiyyət qurur, Azərbaycanı və milli kimliyimizi yaşadırıq. Bu baxımdan Azərbaycan dilini Ulu öndər Heydər Əliyev kimi sevmək, onu qorumaq, ucaltmaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Milli ruhumuzun nəfəsi olan laylalı, bayatılı, şirin Azərbaycan dili anamız qədər əziz olmalıdır!  Çünki ana dili ana haqqıdır, ana haqqı isə ən müqəddəs dəyər kimi qorunmalıdır.

Rəşad Mahmudov, 
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri