Icma.az
close
up
RU
Milli superkompüter tezliklə hazır olacaq

Milli superkompüter tezliklə hazır olacaq

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı konfransda bildirib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüslərdən biri olan superkompüter infrastrukturunun yaradılması yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını, qərar qəbuletmə proseslərində simulyasiya imkanlarının genişlənməsini, eləcə də əsaslandırılmış arqumentlərə əsaslanan analitik yanaşmaların tətbiqini gerçəkləşdirəcək.

M. Cabbarov əlavə edib ki, bu kimi təşəbbüsləri daha sistemli və davamlı şəkildə dəyərləndirmək məqsədilə Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlanıb. Strategiyada qlobal texnoloji trendləri və ölkənin inkişaf dinamikasını nəzərə alaraq, biznes, dövlət və cəmiyyət arasında sinerji yaratmaqla iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləmək qarşıya önəmli vəzifə kimi qoyulub.

Müasir dövrdə rəqəmsal iqtisadiyyat yalnız texnoloji yeniliklərlə deyil, eyni zamanda cəmiyyətin bütün sahələrinin – dövlət idarəçiliyindən sənayeyə, kənd təsərrüfatından təhsilə qədər – köklü transformasiyasını şərtləndirir. Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmayaraq, rəqəmsal iqtisadiyyatın inkişafını milli strateji prioritetə çevirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər ərzində informasiya – kommunikasiya texnologiyalarına (İKT) və rəqəmsallaşmaya yönələn genişmiqyaslı islahatlar həyata keçirilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqəmsal iqtisadiyyatın inkişafı əsas hədəflərdən biri kimi müəyyən edilib. Bununla yanaşı, 2022-ci ildə təsdiqlənən “Rəqəmsal transformasiya konsepsiyası” bu sahədə fəaliyyətlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsini şərtləndirib.

Azərbaycan artıq “Elektron hökumət” mərhələsini geridə qoyaraq “Rəqəmsal dövlət” modelinə keçid edir. “myGov” platforması və “ASAN xidmət” modeli vətəndaşlara və sahibkarlara sürətli, şəffaf və səmərəli xidmətlərin göstərilməsini gerçəkləşdirir. Rəqəmsal sənədlərin tətbiqi, elektron imza sisteminin genişləndirilməsi və bulud texnologiyalarının dövlət orqanlarında istifadəsi bu keçidin mühüm tərkib hissələri kimi diqqət çəkir.

Rəqəmsal iqtisadiyyatın əsas drayverlərindən biri olan startap ekosistemi Azərbaycanda son illərdə sürətlə inkişaf edir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən müxtəlif texnoloji təşəbbüslər, akselerasiya proqramları və startaplara maliyyə dəstəkləri həyata keçirilir. Ekspertlər tərəfindən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Technest” təqaüd proqramı və “SİLICON VALLEY” ilə əməkdaşlıq layihələri bu istiqamətdə atılmış önəmli addımlar kimi yüksək dəyərləndirilir.

Pandemiya dövrü bir daha sübut etdi ki, rəqəmsal ticarət və onlayn platformalar iqtisadi dayanıqlığın təminatçısıdır. Azərbaycanda e-ticarətin həcmi ildən-ilə artır, “Azexport.az”, “Digital Trade Hub” və digər elektron platformalar vasitəsilə yerli sahibkarların məhsulları qlobal bazarlara çıxarılır. Bununla da ölkənin qeyri – neft sektorunun ixrac potensialı getdikcə genişlənir.

Rəqəmsal iqtisadiyyatın dayanıqlı inkişafı üçün insan kapitalı həlledici əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan hökuməti İKT üzrə ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verir. “Technest” proqramı çərçivəsində gənclərə proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və digər sahələrdə biliklər aşılanır. ADA Universiteti, Bakı Ali Neft Məktəbi və digər ali təhsil müəssisələrində rəqəmsal texnologiyalar üzrə mütəxəssis hazırlığı istiqamətində tədris proqramları yenilənir.

Azərbaycan süni intellekt sahəsində də öz potensialını inkişaf etdirmək istiqamətində ciddi addımlar atır. 2024-cü ildə təqdim edilmiş “Süni intellekt strategiyası” bu sahənin tənzimlənməsini, tətbiq imkanlarını və etik standartlarını müəyyənləşdirir. Eyni zamanda, rəqəmsallaşma fonunda kibertəhlükəsizliyin təmin olunması prioritet məsələ kimi gündəmdə saxlanılır. Xüsusilə dövlət və özəl sektorda təhlükəsizlik standartlarının tətbiqi genişlənir.

Azərbaycanın bölgələrində rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi regional bərabərsizliyin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. “Rəqəmsal kənd”, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri bu baxımdan önəmlidir. Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi innovativ texnologiyaların tətbiqinə nümunəvi misaldır.

Azərbaycan beynəlxalq texnoloji şirkətlər və təşkilatlarla əməkdaşlığı gücləndirərək rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verir. Dünya Bankı, BMT-nin Rəqəmsal Əməkdaşlıq Forumu, Avropa İttifaqı və digər tərəfdaşlar bu istiqamətdə müxtəlif layihələrin reallaşmasında iştirak edirlər. Ölkənin “Regional rəqəmsal mərkəz” ideyası çərçivəsində inkişafına bu gün mühüm önəm verilir.

Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyası yalnız texnoloji yenilənmələri deyil, bütövlükdə, cəmiyyətin rifahını və iqtisadi dayanıqlığını hədəfləyir. Yeni çağırışlara cavab verən çevik iqtisadi modelin qurulması, texnologiya yönümlü startapların təşviqi, rəqəmsal savadlılığın artırılması və innovasiya mədəniyyətinin formalaşdırılması bu prosesin əsas dayaqlarıdır. Əminliklə demək olar ki, Azərbaycan rəqəmsal gələcəyə doğru inamla irəliləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see274

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see264

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see264

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see260

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see243

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see239

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see231

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see218

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see197

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see197

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see195

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see192

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see190

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see186

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see181

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see167

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see166

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri