“Milli Şura” pul qarşılığında “siyasi məhbus” siyahıları hazırlayır ANALİZ
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Sübuta yetirilir ki, istər daxildəki dağıdıcı məxluqlar, istərsə də ki, xaricdəki antimilli ünsürlər, eləcə də ermənipərəst dairələr Azərbaycana qarşı daha çox "siyasi məhbus" termini ilə öz ağılları ilə təzyiq etməyi düşünürlər. Bir-birini təkzib edən, bir-birinin ziddinə olan siyahılardan görünür ki, oğurluqla, cibgirliklə, qaçaqmalçılıqla, məşğul olan, avtoxuliqanlıq etməklə cəmiyyətə hörmətsizlik göstərən, vergi cinayətləri törədən və digər əməllərə görə həbs olunanları dağıdıcı müxalifət "siyasi məhbus" olaraq təqdim etməyə çalışır. Daha doğrusu, ironiya ilə qarşılanan "siyahılar" xarici ağalarına təqdim edirlər. Ağaları da müəyyən hesabatlar hazırlayır və özlərinə yaxın təxribat maşını funksiyasını yerinə yetirən mətbu orqanlar vasitəsi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Təbii ki, ağıllı, geniş bilgilərə malik dünya ictimaiyyəti yalan üzərinə hazırlanan hesabatları gülüşlə qarşılayıb, qəzəblə rədd edirlər. Bu baxımdandır ki, özlərini beynəlxalq aləmə insan haqlarının müdafiəsi üzrə ixtisaslaşmış təşkilatlar kimi göstərməyə çalışan "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" və digərləri sifarişli hesabatlar yaymaları səbəbindən ciddi təşkilatlara çevrilə bilmirlər. Digər tərəfdən sözügedən təşkilatların Azərbaycana qarşı qərəzli olduğu Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın azərbaycanlının işğal zamanı hüquqlarının pozulmasından bir kəlmədə yazmayıb və ya hesabatlar təqdim etməyib. Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması, jurnalistlərin öldürülməsi, fikir adamlarının yazdıqları yazılara görə həbs olunması, kütləvi aksiyaların vəhşiliklə dağıdılması, mitinqə çıxanların zərərsizləşdirilməsi üçün silahlardan atəş açılması və digər rüsvayçı hallarla bağlı danışmayıblar susmağa üstünlük veriblər. Azərbaycanda hansısa xırda bir məişət hadisəsi baş verən də hay-küy qaldırıb, öz mənəviyyatsızlıqlarını ortaya qoyublar. Bütün bu kimi şou xarakterli hay-küylərin arxasında isə onlara verilən tapşırıqlara dayandır.
Milli Şuranın yeni fırıldağı üzə çıxdı
Araşdırmalara əsasında üzə çıxan faktlar təsdiq edir ki, xarici maraqlı dairələrin Azərbaycandakı təmsilçiləri qarşısında qoyduğu əsas tələb, xırda da olsa insan hüquqları ilə bağlı pozuntuları aşkarlayıb, onları Avropada yerləşən mərkəzə ötürməkdir. Ona görə də, dağıdıcı müxalif məxluqlar, xüsusilə də Milli Şurada və AXCP -də təmsil olunan şəxslər Azərbaycanın ən ucqar kəndində baş verən ailədaxili narazılığı qlobal problem kimi dəyərləndirib "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" və digər təşkilatlara, eləcə də maddi yardımlar aldıqları mərkəzlərə çatdırırlar. Ən gəlirli sahə "siyasi məhbus" məsələsi olduğu üçün Milli Şura və AXCP rəhbərliyi daha çox bu məsələdən yaralanmağa çalışırlar. Onlar üçün "siyahı"lara kimlərin adlarını əlavə etmək problem deyil. Hətta cani, qaniçən, terrorçu, insan qatili olsa belə, onların pul qarşılığında adları siyahılara salına bilər. Artıq sübuta yetirilir ki, Milli Şuranın və AXCP-nin əldə etdikləri qrantların müəyyən hissəsi "siyasi məhbus" siyahıları ilə bağlı açıqlamalarla çıxış etmələri həll edilir. Hətta Milli Şuranın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli pul qarşılığında oğurluq edən, cibgirliklə məşğul olan şəxslərin adlarını da "siyasi məhbus" siyahılarına salırlar. Milli Şurada təmsil olunmuş, lakin sonradan oranı tərk etmiş adının çəkilməsini istəməyən ...m... ....r...-nin dediyinə görə, "siyasi məhbus" siyahısının 157 nəfərdən 219 nəfərə çatdırılmasında tərəflərarsında maliyyə sövdələşmələrinin rolu olub. Onun sözlərinə bir nəfərin "siyasi məhbus" siyahısına salınması üçün 5 min manatdan 12 min manata qədər maliyyə vəsaiti tələb olunur. "Adların "siyasi məhbus" siyahısına salınması həbsdə olan şəxsə hansı imtiyazlar verir" sualımıza keçmiş Milli Şura üzvü qısa cavab verdi: "heç nə". Əlavə olaraq qeyd edir ki, sadəcə olaraq həbs olunan şəxs "siyasi məhbus" siyahısında adının olması ilə ictimaiyyət arasında populyarlıq qazanmağa ümid edir.
Qeyd etdiyimiz kimi, siyahı alverində AXCP sədri Əli Kərimlinin və Cəmil Həsnlinin daha fəal olduqları görünür. Çünki onların irəli sürdüyü siyahıda adlar fərqli olmaqla yanaşı, həm də "zəngin"dir. Onların iddiasına görə, qaçaqmalçılıq maddəsi və dələduzluq ittihamı ilə həbs olunan Ələsgər Məmmədli, Müşfiq Cabbarov, Anar Məmmədov, İbrahim Hümbətov, Hafiz Babalı, Taleh Bağırzadə, Nazim Məmmədov (Baydəmirli), Akif Qurbanov və bu kimi digər konkret cinayət əməli törətdiklərinə görə həbs olunan şəxslər "siyasi məhbus" hesab olunurlar. Halbuki, sözügedən şəxslərin əksəriyyəti istintaqda özlərini təqsirli bildiklərini etiraf edib və fəaliyyətlərində hər hansı siyasi əməl olmadığını qeyd ediblər.
"Siyasi məhbus" şousu dağıdıcı müxalifəti bitirəcək
Faktlara istinad etməklə demək olar ki, cinayət törətməyə öyrəncəli olan A.Məmmədli haqqında 29 oktyabr 2013-cü il tarixdə AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb. 2013-cü ildə keçirilən prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən haqqında cinayət işi qaldırılıb və o, 5 il 6 ay azadlıqdan məhrum olunub. Ancaq ölkə Prezidentinin 17.03.2016-cı il tarixli əfv sərəncamı ilə həbsdən azad edilib. A.Məmmədli göstərilən humanistliyi dəyərləndirib, normal fəaliyyətini qurmaq əvəzinə cinayət fəaliyyətini davam etdirib. Ümumiyyətlə A.Məmmədlinin rəhbərlik etdiyi "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb.SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edib. Sübuta yetirilib ki, SMDTM-in fəaliyyəti ABŞ-nin "Beynəlxalq İnkişaf Agentliyi" (USAİD), "German Marşal Fondu", "Freedom House", "National Endowment for Democracy" (NED), "National Democratic İnstitute" (NDİ), Çexiyanın "Prague Civil Society Center" təşkilatları tərəfindən maliyyələşdirilib. 07 fevral prezident seçkiləri ilə bağlı Anar Məmmədli təxribat xarakterli hesabatın hazırlanmasına xidmət edəcək müşahidəçilər toplamaq üçün böyük canfəşanlıq göstərsə də, yalnız cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da insanların onu təxribatçı kimi tanıdıqlarını və çirkin məqsədinin nədən ibarət olduğunu tam şəkildə anlamalarından irəli gəlir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verib. Heç şübhəsiz ki, aldığı qrantlardan müəyyən qədər Ə.Kərimliyə də ötürüb. Qarşılığında A.Məmmdlinin təşkil etdiyi təxribatçılardan ibarət müşahidəçilərinin az qala 80 faizini AXCP Gənclər Komitəsinin üzvləri təşkil edirlər. Belə bir şəxsi "siyasi məhbus" olaraq təqdim etmək rüsvayçılıqdır və hüquqa, qanunlara qarşı hörmətsizlikdir.
Bir neçə şəxsə qarşı hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan N.Məmmədov (Baydəmirli) da "siyasi məhbus" olmadığını bildirib. N.Məmmədov məhkəməsində onun adının "siyasi məhbus" olaraq çəkilməsinin yolverilməz olduğunu bildirib və buna görə dağıdıcı müxalifət təmsilçilərini sərt şəkildə qınayıb. Bütün bunlar Əli Kərimlinin, Cəmil Həsənlinin və digər "siyasi məhbus" siyahıları tərtib etməklə gəlir əldə etməyə çalışanların ifşası və iflası deməkdir. Hesab etmək olar ki, bundan sonra onlar siyasi fəaliyyətlərinə son verib istefaya getməlidirlər. Çünki yalan üzərində qurulan hekayələrin onların məhvinə, ən azı "siyasi məhbus" hesab etdikləri şəxslərin yanına göndərilmələrinə gətirib çıxara bilər.
İLHAM ƏLİYEV


