Icma.az
close
up
RU
Afrikada siyasi şüur dəyişir ANALİZ

Afrikada siyasi şüur dəyişir ANALİZ

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Fransa bazaları bağlanır, küçələrdə “rədd ol” səsləri yüksəlir

“Yeni aktorlar meydana çıxır: Çin, Türkiyə və Rusiya Parisin yerini tutur”

"Fransa 19-20-ci əsrlərdə dünyanın ən böyük müstəmləkə imperiyalarından birini qurmuşdu. Afrika və Asiyada milyonlarla insan Fransa tərəfindən birbaşa və ya dolayı şəkildə idarə olunurdu". 


Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib. Ekspert bildirib ki, Əlcəzair, Mali, Burkina-Faso, Kot-divuar, Seneqal, Kamerun, Çad, Vyetnam kimi ölkələr uzun illər ərzində Parisin sərt siyasi və iqtisadi nəzarəti altında yaşayıb: 


"Fransız müstəmləkəçiliyi sadəcə fiziki nəzarət və hərbi güc üzərində qurulmamışdı. O, həm də mədəni və ideoloji hegemonluq üzərində dayanan çoxistiqamətli bir siyasət idi. Yerli dillərin sıxışdırılması, fransız dilinin zorla yayılması, yerli mədəniyyətlərin “geridəqalmış” və “sivilizasiya olunmamış” kimi təqdim edilməsi, əslində bir mədəni assimilyasiya strategiyası idi. Bu, “mədəni imperializm” anlayışına uyğun gələn bir yanaşmadır və Fransa bunu “sivilizasiya missiyası” adı altında əsaslandırırdı. 1950-1970-ci illərdə müstəmləkə ölkələrinin əksəriyyəti formal müstəqillik qazansa da, bu, real suverenlik demək deyildi. Müstəmləkə administrasiyası sadəcə formal institutlarla əvəzlənmiş, lakin “Françafrique” adlanan qeyri-rəsmi idarəetmə sistemi vasitəsilə Parisin təsiri davam etmişdi. Bu sistem daxilində Fransa Afrika ölkələrinin siyasi rəhbərlərini təyin etməkdə və ya dəyişdirməkdə, iqtisadi resursların bölüşdürülməsində və xarici siyasətin istiqamətləndirilməsində həlledici rol oynayırdı. Fransız frank zonasına daxil olan ölkələrin valyuta suverenliyinin olmaması, onların iqtisadi qərarlarının Parisdəki qurumlar vasitəsilə yönləndirilməsi, müstəqilliyin formal bir çərçivə olduğunu təsdiqləyirdi. Bütün bu mexanizmlər, neokolonializm terminini tam şəkildə xarakterizə edən bir struktur formalaşdırmışdı. Son illərdə Sahel bölgəsində baş verən çevrilişlər xüsusilə Mali, Burkina Faso və Nigerdəki hadisələr  Fransa hegemoniyasına ciddi zərbə vurdu. Bu ölkələrdəki anti-Fransa əhvali-ruhiyyəsi, Parisin demokratiya adı altında öz maraqlarını müdafiə etməsinə qarşı dərin narazılığı üzə çıxardı. Fransa bazalarının bağlanması, əməkdaşlıq müqavilələrinin ləğvi və yerli əhalinin küçələrdə “Fransa, rədd ol!” şüarları ilə etiraz etməsi göstərdi ki, bu ərazilərdə artıq yeni bir siyasi şüur formalaşır".


T.Rzayev vurğulayıb ki, ənənəvi müttəfiqlərdən olan Kot-divuar və Seneqal kimi ölkələrdə belə, Fransa təsirinin azalması və Çin, Türkiyə, Rusiya kimi yeni aktorlarla əməkdaşlığa marağın artması müşahidə olunmaqdadır: 

"Çin xüsusilə infrastruktur və ticarət sahəsində, Türkiyə isə təhsil, dini-mədəni və təhlükəsizlik sahələrində fəallığı ilə fərqlənir. Rusiya isə hərbi əməkdaşlıq və enerji resursları üzərində təsir qurmağa çalışır. Bu dəyişikliklərə baxmayaraq, Fransa tamamilə çəkilməyib. İndi o, daha çox yumşaq güc strategiyasına yönəlib. Yəni klassik kolonial siyasət hazırda daha incə, daha “qəbul edilə bilən” formaya keçib. Bunu “yumşaq neokolonializm” adlandırmaq olar. Bütün bunlara baxmayaraq, Afrika ölkələri bu gün öz milli maraqlarını daha fəal şəkildə müdafiə etməyə başlayıblar. Yeni nəsil liderlər postmüstəmləkə mirasını tənqid edir, alternativ tərəfdaşlıq modelləri axtarır və daxili resurslar üzərində daha böyük suverenlik tələb edirlər. Azərbaycan bu prosesdə ən fəal rol alan, tarixi ədalətsizliyə meydan oxuyan azsaylı ölkələrdəndir. Təsadüfi deyil ki, Bakıda keçirilən konfransın gündəmə gətirdiyi əsas məsələ budur: müstəmləkəçilik fiziki forması arxada qalsa da, onun ideoloji və struktur mexanizmləri yaşamaqdadır. Bu gerçəkliklə üzləşmək və dəyişmək təkcə Afrika xalqları üçün deyil, bu gün də keçmiş imperiya reflekslərindən qurtula bilməyən Avropa gücləri, xüsusən də Fransaya ciddi mesajdır. Azərbaycan Fransanın bu siyasətinə hər zaman qarşı çıxır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyun 2025 07:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri