Icma.az
close
up
RU
Milli xarici siyasətin çoxvektorluluğu: Bakı yeni regional geosiyasi trek yaradır

Milli xarici siyasətin çoxvektorluluğu: Bakı yeni regional geosiyasi trek yaradır

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

K. Əlioğlu

Müxtəlif istiqamətlərdən olan təsirlər altında Cənubi Qafqazda geosiyasi proseslərin daha da mürəkkəbləşməsi ekspert dairələri tərəfindən geniş təhlil edilir. Regionda vəziyyətin sürətlə dəyişməsi ilə bağlı verilən proqnozlar da ürəkaçan deyildir. İndi, faktiki olaraq, konstruktiv mövqe ilə qeyri-müəyyən mövqe arasında ciddi mübarizə gedir. Region dövlətlərinin hər biri bu prosesdə özünəməxsus rol oynayır.

Ermənistanın təşvişi

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra heyrətamiz formada qlobal geosiyasətin mənzərəsi dəyişir. Bu, yalnız B.Əsədin çöküşünün real fakt olması ilə bağlı deyildir. Türkiyənin həmin prosesin gedişində nümayiş etdirdiyi güclü siyasi iradə, konseptual yanaşma, yeniləşmə əzmi və terrorla mübarizə qətiyyəti dünyanı daha çox heyrətləndirməkdədir.

Bu prosesdə Azərbaycanın konstruktiv rolu və Bakının Ankara qədər qətiyyətli və ədalətli davranması xüsusi hadisədir. Bizlərə qürur verən belə bir gedişatın fonunda Prezident İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına verdiyi müsahibədə irəli sürdüyü tezislər çox maraqlı və düşündürücü təsir bağışlayır.

Azərbaycan Prezidenti situasiyaya uğurlu lider və məharətli diplomat mövqeyindən yanaşır. Regionda yaranmış geosiyasi mənzərəni politoloji aspektdə konseptual olaraq dəyərləndirir. Dövlət başçısı Ermənistanın indi Cənubi Qafqaz miqyasında oynadığı rolu bir neçə səviyyədə qiymətləndirir.

Qlobal kontekst

İlham Əliyev rəsmi İrəvanın davranışlarının təməlində bir sıra güclü dövlətlərin Cənubi Qafqaz siyasətinin neqativ tərəflərinin durduğunu ifadə edir. Bununla bağlı Prezident İlham Əliyev vurğulayır ki, "Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər".

Deməli, Azərbaycanla Ermənistanın ümumi miqyasda geosiyasi yol seçimi fərqlərinin təməlində sülhə münasibət durur – Azərbaycan sülh istəyir, Ermənistan isə bunu istəmir. Rəsmi İrəvanın bu cür qeyri-konstruktiv mövqeyini isə onun yeni havadarlarının əsrlərdir izlədikləri siyasi-ideoloji və geosiyasi xəttin mahiyyəti motivə edir. Bəhs etdiyimiz həmin faktorlar nədən ibarətdir?

Faşizm, irqçilik və revanşizm

Azərbaycan liderinin fikirlərinə Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin daxili məntiqindən bir daha nəzər salaq. Bu zaman proseslərin daxili məntiqinə xarici təsirlərin rolunu ön planda tutmağa çalışaq. Təəssüf ki, vəziyyət məhz belədir. Prezident İlham Əliyev bununla bağlı aydın və konkret fikir bildirib.

Dövlət başçısı deyib: "Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar".

Buradan məntiqi olaraq belə nəticə çıxır ki, rəsmi İrəvanın revanşist əhval-ruhiyyəsinin arxasında uzun əsrlərdir ki, başlıca olaraq Qərbin imperialist dairələrinin müsəlman və türk varlığına qarşı tutduğu mövqe dayanır. Bu siyasi-ideoloji mövqenin geosiyasi proyeksiyası daim müsəlman-türk dövlətçiliyini yox etməklə fərqlənir. Deməli, erməni revanşizmini körükləmək mahiyyət etibarilə Azərbaycanın müstəqil dövlətçiliyinə qəsd etmək anlamına gəlir. İlham Əliyev bunu hər kəsdən dərin, aydın və əhatəli bilən güclü liderdir! Dövlət başçımız faşizmdən qidalanan revanşizmin konkret "erməni təzahürü"nü də birbaşa göstərib.

Əcaib açıqlamaların təhlükəliliyi

Azərbaycanın dövlət başçısı vurğulanan müsahibəsində belə bir fikir ifadə edib: "İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür".

İlham Əliyev bu fikirlərin niyə təhlükəli olduğunun mənbəyini də sonrakı fikirlərində açıqlayır. Məsələ ondan ibarətdir ki, ermənilərin bu mövqeyini Ermənistanın havadarları bilirdilər və onu bölüşürdülər. Bu səbəbdən Prezident İlham Əliyevin aşağıdakı qənaəti tamamilə əsaslıdır: "Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur". Bu gerçək mənzərədən regional geosiyasi durumun qiymətləndirilməsinə bir sıra proseslərin fonunda keçmək olar.

Rəsmi İrəvan MKİ-nin "kölgəsi"ndən qorxur?

"Stratfor" analitik mərkəzini Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgəsi" adlandırırlar. Bu "kölgə"nin 2025-ci il proqnozlarında Cənubi Qafqaz kontekstində Ermənistan rəhbərliyini təşvişə salan bir müddəa yer alıb. Təşkilatın analitikləri hesab edirlər ki, 2025-ci ildə Donald Tramp administrasiyası Ermənistana deyil, Azərbaycana üstünlük verəcək. Səbəbi isə Azərbaycanın real gücü və enerji təhlükəsizliyinin təminində çox ciddi faktora çevrilməsidir.

Buna baxmayaraq, rəsmi İrəvanın avantürist addımlara davam edəcəyi təqdirdə 2025-ci ildə Azərbaycanla sülh müqaviləsinin imzalanması baş tutmaya bilər. Lakin Prezident İlham Əliyevin müsahibəsində qətiyyətlə "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" fikrini səsləndirməsi rəsmi Bakının öz ədalətli mövqeyindən çəkilməyəcəyini ifadə edir. Dövlət başçısı bununla bağlı ifadə edib: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın".

Bu bəyanatın hətta "Stratfor" üçün də maraqlı olan məna çalarları mövcuddur.

Sülhün vacib şərti: silahlanmadan imtina

Prezident İlham Əliyevin Ermənistana və havadarlarına ciddi mesajında bu məqam xüsusi yer tutur. Ermənistan sülh istəyirsə, iki addımı atmalıdır – birincisi, silahlanmadan imtina etməlidir, ikincisi, Azərbaycanın irəli sürdüyü sülh şərtlərini qeyd-şərtsiz qəbul etməlidir. Yəni, Ermənistana "…silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq".

Lakin vəziyyət bunlarla məhdudlaşmır. Dövlət başçısı bəyan edib: "Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər".

Regional geosiyasi mənzərə

Yuxarıdakı arqumentlərin qısa təhlili göstərir ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda konstruktiv geosiyasi kontent qalmaqdadır. Ermənistan və havadarları tədricən qeyri-müəyyən mövqelərindən çəkilməyə məcbur qalacaqlar. Bunu regional gerçəkliklər, Azərbaycanın həqiqi gücü və qlobal miqyasda müşahidə edilən yeni geosiyasi gəlişmələrin ortaq məntiqi tələb edir. Rəsmi Bakı ədalətli və dayanıqlı mövqeyi ilə regional geosiyasətin əsas faktoru olaraq fəaliyyətini daha da gücləndirir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri