Millilərimizdən fərqli nəticələr
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında VII turun oyunları baş tutub. Azərbaycanın qadınlardan ibarət milli komandası turnirdə ikinci ardıcıl məğlubiyyətini alıb.
Sportal.az xəbər verir ki, qadın şahmatçılarımız gərgin keçən qarşılaşmada Ermənistan yığmasına 1,5:2,5 hesabı ilə güzəştə gediblər.
Görüşdə hesab birinci lövhədə açılıb. Ülviyyə Fətəliyeva Lilit Mkrtçyana məğlub olub. Dördüncü lövhədə Gülnar Məmmədova Susanna Qaboyanı üstələyərək tarazlığı bərpa etsə də, üçüncü lövhədə Xanım Balacayevanın Elina Danielyana uduzması rəqibə həlledici üstünlüyü qazandırıb. İkinci lövhədə mübarizə aparan Gövhər Beydullayeva isə Maryam Mkrtçyanla xalları yarı bölüb. Qeyd edək ki, qadın şahmatçılarımız əvvəlki turda Qazaxıstan seçməsinə də eyni hesabla (1,5:2,5) uduzmuşdular.
Eyni zamanda, Azərbaycanın kişilərdən ibarət millisi VII turda Yunanıstan yığması ilə qarşılaşmada vaxtından əvvəl qələbəni təmin edib. Rauf Məmmədov Yoannis Papaioannunu, Aydın Süleymanlı isə Dimitrios Mastrovasilisi məğlub edərək komandaya vacib xalları qazandırıblar. Birinci lövhədə Şəhriyar Məmmədyarov partiyanı heç-heçə ilə yekunlaşdırıb. Məhəmməd Muradlının oyunu hələ davam etsə də, yığmamız ümumi komanda qələbəsini rəsmiləşdirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 23 Sentyabr 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















