Millimiz D Liqasının qrupunu lider başa vurdu YENİLƏNİB
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız D Liqasının II qrupunda səfərdə Lixtenşteynlə qarşılaşıb.
Vaduz şəhərindəki “Reynpark” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:45-də başlayıb. Qarşılaşmanı estoniyalı FIFA referisi Kristo Tohver idarə edib. Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək göstəriblər.
Gərgin mübarizə şəraitində keçən matçın taleyini bir qol həll edib. Mahir Emreli 26-cı dəqiqədə fərqlənərək Azərbaycan millisinə 1:0 hesablı qələbə qazandırıb.
Ayxan Abbasovun yetirmələri bu nəticə ilə xallarını 8-ə çatdıraraq qrupu lider kimi başa vurub. Lixtenşteyn isə 1 xalla sonuncu – üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı.
UEFA Millətlər Liqası,
D Liqası, 2-ci qrup
13 noyabr
23:45. Lixtenşteyn – Azərbaycan 0:1
Qol: M. Emreli, 26
Baş hakim: Kristo Tohver (Estoniya)
Stadion: “Reynpark” (Vaduz)
Lixtenşteyn: Benjamin Büxel (k), Severin Şlegel, Maks Heppel, Yens Hofer, Marsel Büxel, Emanuel Tsünd, Alessio Hasler, Fabio Luke-Notaro, Aron Zele, Livio Mayer, Alessandro Lo Russo.
Ehtiyat oyunçular: 12. Castin Ospelt, 21. Tim-Tiado Oeri, 2. Niklas Bek, 4. Filip Ospelt, 6. Andreas Malin, 9. Ferhat Sağlam, 13. Yonas Abidi, 15. Andrin Netzer, 16. Bruno Poytner, 17. Liam Kranz, 18. Manuel Mikus, 22. Florian Allqoyer.
Baş məşqçi: Konrad Fünfştük.
Azərbaycan: Emil Balayev, Rahil Məmmədov, Bədavi Hüseynov (k), Rəhman Daşdəmirov, Qismət Əliyev, Rüfət Abbasov, Abdulla Xaybulayev, Oruc Məmmədov, Aleksey İsayev, Toral Bayramov, Mahir Emreli.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 8. Emin Mahmudov, 9. Musa Qurbanlı, 11. Xəyal Əliyev, 13. Eşqin Əhmədov, 14. Elvin Badalov, 16. Emil Mustafayev, 17. Tellur Mütəllimov, 19. Rüfət Abdullazadə, 22. Ağadadaş Salyanski.
Baş məşqçi: Ayxan Abbasov.
Millətlər Liqası: Fransa İtaliya səfərindən əliboş qayıdır - YENİLƏNİB Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB Azərbaycan millisi Almaniya ilə bacarmadı Azərbaycan millisi Monteneqroya böyük hesabla məğlub oldu İsa Suliman Pakistan millisində
Baxış sayı:118
Bu xəbər 14 Noyabr 2026 01:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















