Icma.az
close
up
RU
“Millimizdən gözləntilərin böyük olmadığını hər kəs bilir” Adil Şükürov

“Millimizdən gözləntilərin böyük olmadığını hər kəs bilir” Adil Şükürov

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Belarus və Haiti ilə oyunlar gənc futbolçulara baxmaq üçün uyğun matçlardır. Məncə, bu oyunlar gənclər üçün yaxşı təcrübə olacaq. Ancaq milli komandanın bu cür oyunlarda qələbə qazanması vacibdir. Çünki özünəinam artır. Unutmayaq ki, qarşıda yığmanı çox ağır rəqiblərlə oyunlar gözləyir”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin Belarus və Haiti ilə keçirəcəyi yoxlama görüşləri barədə danışarkən Adil Şükürov deyib. O, daha sonra belə davam edib:

“Millimizdən gözləntilərin böyük olmadığını hər kəs bilir. Amma bu o demək deyil ki, DÇ seçmə oyunlarına əlimizi aşağı salaraq getməliyik. Bəli, burada bizi İslandiya, Ukrayna və Fransa – Xorvatiya cütünün qalibi ilə çox çətin oyunlar gözləyir. Komandanı bu ağır oyunlarla hazırlamaq lazımdır. Belarus və Haiti komandaları ilə oynayacağımız birmənalı qarşılanmır. Rəqiblərdin adları müzakirə edilir. Düzünü desək, bu gün üçün bizimlə oynamaq istəyən komandaların sayı elə də çox deyil. Millətlər Liqasında olan çıxışımız göz qabağındadır. Məncə rəqiblərin kimliyinə baxmayaraq əsas məqsəd milli komandanı formalaşdırmaq olmalıdır”.

Şükürov Fernandu Santuşun millinin heyətinə gənc və I Liqadan futbolçu dəvət etməsinə də münasibət bildirib:

“Santuş yeni mövsümdən milli üzvlərinin bəzilərinin I Liqada oynayacağını bilir. Bu səbəbdən də özü üçün bu çempionatın səviyyəsini müəyyənləşdirmək istəyir. Bu gün aşağı liqa ilə Premyer Liqa arasındakı səviyyə fərqini kubok oyunlarında görürük. I Liqada milli səviyəsində futbolçu olub-olmadığı elə Azərbaycan Kuboku matçlarında ortaya çıxır”.

Xatırladaq ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarus yığmaları ilə yoxlama görüşləri keçirəcək.

Həsən Quluzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 18 Mart 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri