Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: Oyuna baxmayan bəlkə də fikirləşər ki, rahat təslim oldular MÜSAHİBƏ

Millimizin baş məşqçisi: Oyuna baxmayan bəlkə də fikirləşər ki, rahat təslim oldular MÜSAHİBƏ

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliyaya 0:5 hesablı məğlubiyyətdən sonra Sportal.az saytına müsahibə verib.

- Oyun və matçın gedişatı gözlədiyiniz kimi oldu?

- Rəqibin gücü bəlli idi. Oyundan əvvəl də bildirmişdim ki, bu matçlar bizim üçün vacibdir. İlk hissədə taktiki səhv etmədik. Bəlkə də, yaranan qol epizodları zamanı daha da inamlı olmalıydıq. Çünki Portuqaliya kimi komandalarla qol epizodları az olur. Təəssüf edirəm ki, ikinci hissədə ucuz və erkən qol buraxdıq. Həmin epizodda rəqib heç nə etmədi, top bizim futbolçumuzun ayağında idi. Qoldan sonra da futbolçularımız toparlanmalı idi. Həqiqiqətən də mübarizə apardılar, epizodlar oldu. Uşaqların mübarizəsindən narazı deyiləm. Düzdür, hesab böyük fərqli alındı. Oyuna baxmayan bəlkə də fikirləşər ki, rahat təslim oldular. Amma məncə, rahat təslim olmadıq. Ağadaş Salyanskinin iki epizodu, Edqar Adilxanovun yaratdığı epizod, Rüfət Abbasovun vurduğu zərbə…Portuqaliya ilə səfər görüşündə bu epizodlardan mütləq istifadə etmək lazımdır. Amma ümumilikdə yaxşı məqamlar çoxdur.  Bu gün 2006 və 2007-ci il təvəllüdlü futbolçular meydançadadır. Onlar bizim gələcəyimizdir. Mən gələcəyə nikbin baxıram, ruhdan düşmək lazım deyil. Onsuz da, bizim istəyimiz bu tsikldə özümüzə yaxın rəqiblərlə xal qazanmaqdır. Xallar da qazanacağıq. İşimizə davam edirik. Əsas odur ki, oyun var. Üçüncü toplanışımız idi. İki yoxlama görüşü və bir rəsmi oyun keçirmişik. Amma bu gün Portuqaliya bizə asan qalib gəlmədi, əziyyət çəkdilər. Bu komandanın heyətində ulduzlar oynayır. Fərq odur ki, onların Superliqasında oynayan, “Porto”da, “Benfika”da, “Sportinq”də çıxış edirlər, legionerləri də var. A komandasına getmirlər, bu cür oyunlarda böyümək istəyirlər. Yeni baş məşqçi gəlib, hədəfləri var. Bizim üçün bir az çətin idi. Lakin istənilən halda, komandama inanıram. İstəyərdik ki, heyətimiz geniş olsun, futbolçularımız oynasın. Portuqaliya ilə görüşdə Rüfət Abbasov digərlərindən seçildi. Çünki Premyer Liqada stabil oynayan bir futbolçumuz var, o da Rüfətdir. Amma bunlar bəhanə olmalı deyil. Bununla mübarizə aparmalıyıq və futbolçular başa düşməlidir ki, öz klublarında əsas heyətdəki yeri uduzmamalıdırlar. Futbolçularıma da dedim, tez bir zamanda bərpa olmalıyıq. Bolqarıstanla oyunumuz var. İşimizə davam.

- Çətin olmayacaq?

- Çətin olacaq. Amma rotasiyalara baxmalıyıq. Bütün günü yolda olacağıq. Bütün komandalar üçün belədir. Bolqarıstan da oynayıb, Bakıya gələcək.

- Şahin Şahniyarovla Xəyal Əliyevi U-21 yığmasına cəlb etmək mümkün olacaq?

- O mənim verəcəyim qərar deyil. Çox istəyərdim. Real danışaq, bu oyunlar onlara da lazımdır. Məndən çox o uşaqlara lazımdır. Oyundakı atmosferi, azarkeşi, həvəsi gördünüz. Tam başqa səviyyədir. Həqiqətən futbolçularımıza lazımdır. Bəlkə də üzdə olan oyunçularımız Portuqaliya ilə görüşdə maraq dairəsinə düşə bilərdi. 

- Bununla bağlı A millinin qapısını döymək imkanınız yoxdur?

- Əgər A milliyə dəvət edilibsə…Görək də. Orada da çətindir. A millinin də üç gündən sonra oyunu var. Bizdə də oyunçularımız var. Portuqaliya ilə görüşdə meydana çıxan futbolçularımız istəkli idilər, dərhal oyuna atıldılar. Epizod var idi ki, birəbirdə canlarını qoydular. Sadəcə ucuz qollar buraxdıq. O səhvləri etməməliydik. Ona da hazırlaşmışdıq. 47-ci dəqiqədə buraxdığımız qol bizi sındırdı. Bəlkə də 10-15 dəqiqə dözə bilsəydik, sürətli hücumlarımız olacaqdı. Vaxt lazımdır. Birdən-birə bu gün Portuqaliyadan xal almaq istəyiriksə, bunun üçün vaxt lazımdır.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 Sentyabr 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri