Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: “Sabah” yaxşı mübarizə apardı, təcrübə çatmadı

Millimizin baş məşqçisi: “Sabah” yaxşı mübarizə apardı, təcrübə çatmadı

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah” dünən əsl xarakter nümayiş etdirdi".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC- a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev “Sabah”ın Sloveniyanın “Selye” klubuna iki oyunun nəticəsinə əsasən 6:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırması barədə danışarkən deyib.

O bildirib ki, komandanın avrokuboklardakı təcrübəsinin az olması gedişata təsir edib: “Sabah” hər iki oyunda yaxşı mübarizə apardı. Təəssüflər olsun ki, əlavə vaxtda vurulan 1 qol hər şeyi həll etdi. Təmsilçimiz avokuboklarda keçirdiyi bütün oyunlarda layiqli çıxış edir. Sadəcə, beynəlxalq arenada kifayət qədər təcrübənin olmaması müəyyən problemlər yaradır”.

55 yaşlı mütəxəssis Bakı təmsilçisinin müdafiəsində boşluqların olduğunu söyləyib: “Hücum hər iki görüşdə öz işini yaxşı gördü. Təəssüf ki, bu fikri müdafiəyə aid etmək olmaz. İki oyunda 6 qol buraxmaq müdafiədə ciddi boşluqların olmasını göstərir”.

E.Abdullayev “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Moldova təmsilçisi "Petrokub" barədə də danışıb: “Onlar haqqında məlumatım yoxdur. Lakin “Sabah” bu raundu keçməlidir. İndidən gələcək mərhələlər barədə danışmaq tezdir”.

Qeyd edək ki, "Sabah" Moldova klubu ilə ilk oyununu səfərdə keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də baş tutacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 İyul 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri