Millimizin Belarusla oyunlarının yeri və hakimləri bəlli olub
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlanma vaxtı və hakimləri müəyyənləşib.
İdman.biz xəbər verir ki, iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina köməklik göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.
Qeyd edək ki, millimizin toplanış üçün heyəti hələ dəqiqləşməyib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















