Icma.az
close
up
RU
Millimizin “əli” olan REKORDLAR İdman və Biz

Millimizin “əli” olan REKORDLAR İdman və Biz

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Son gününü yaşadığımız 2024-cü ilin noyabrı Viktor Qyokereşin rekordları ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, İFFHS qarşısıalınmaza çevrilən isveçli hücumçunun bu ay imza atdığı rekordları açıqlayıb.

Bu rekordlarda Azərbaycan millisinin də “əli” olub. İsveç yığmasının və “Sportinq”in hücumçusu Millətlər Liqasının VI turunun oyununda komandamızın qapısına 4 top vurmaqla 6:0 hesablı qələbəyə və rekordlara damğa vurub.

Viktor 21-ci əsrdə bir təqvim ayında 3 het-trik (3 və ya daha çox) edən 11-ci futbolçudur. Amma Qyokereşin özəlliyi bunu fərqli turnirlərdə etməsidir. O, Portuqaliya çempionatı, Çempionlar Liqası və Millətlər Liqasında rəqiblərinə aman verməyib. İsveçli forvard 21-ci əsrdə bir ayda üç fərqli turnirdə bunu edən yeganə futbolçu kimi tarix yazıb.

Qyokereş çempionatın “Eştoril”, Millətlər Liqasının Azərbaycanla oyunlarında 4 qol vurub. O, 21-ci əsrdə bir ayda iki dəfə “4+” qola imza atan 13-cü futbolçudur. Yenə amma...

Viktor ay ərzində həm milli komanda, həm klubda poker (4 və ya daha çox qol) edən yeganə oyunçu kimi 21-ci əsrə damğasını vurub. Düzdür, ay ərzində ardıcıl 2 matçda bunu edənlər və ya iki görüşdə 11 top (4+7) vuranlar olsa da, həmin oyunçular hər iki məhsuldar görüşü eyni komandada – ya milli, ya klubda keçiriblər.

Qeyd edək ki, Viktor noyabrın 1-də “Sportinq”in heyətində “Eştrela”ya (5:1), 18 gün sonra İsveç millisində Azərbaycan yığmasına (6:0) 4 qol vurub. O, Çempionlar Liqasının ayın 5-də baş tutan görüşündə “Mançester Siti”nin (4:1) qapısına üç dəfə yol tapıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri