Millimizin müdafiəçisi komandasını dəyişməyəcək İsveç klubu istəyirdi
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Azərbaycan milli komandasının və “Radomiak”ın müdafiəçisi Rahil Məmmədova İsveç klubundan təklif gəlib. Belə ki, yüksək liqa təmsilçisi “Myalbü” Məmmədovu qışda heyətinə qatmaq istəyib.
Sportal.az saytına verilən məlumata görə, müdafiəçi qışda komandasını dəyişmək istəməyib. Belədə, o, İsveçə yollanmaq variantından imtina edərək “Radomiak”da qalmağa üstünlük verib.
28 yaşlı futbolçunun Polşa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Əlavə edək ki, “Radomiak” mövsümün sonunda aşağı liqaya düşərsə, Rahil komandadan ayrılaraq azad agent statusuna malik olacaq.
“Radomiak” 15 turdan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.
Baxış sayı:128
Bu xəbər 16 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















