Icma.az
close
up
RU
Millimizin sabiq futbolçusu: Xumar Qədimova mənimlə görüşmək istəyir” MÜSAHİBƏ VİDEO

Millimizin sabiq futbolçusu: Xumar Qədimova mənimlə görüşmək istəyir” MÜSAHİBƏ VİDEO

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlər insanlara bütün sahələr üzrə çoxlu seçim şansı təqdim edilir. Seçimlərin çox olduğu dövrdə isə düzgününü, yaxşısını tapmaq müşkül məsələyə çevrilir. Amma təbii ki, seçimlər çox olsa da, öz stili ilə fərqlənən şəxslər bir addım önə keçir.

Belə insanlardan biri də “Vüsal stili” ilə məşhurlaşan masallılı Vüsal İbrahimovdur.

İdman.biz Cenublu.az-a istinadən onunla müsahibəni təqdim edir:

– Vüsal bəy, öncə oxucularımız üçün özünüzü təqdim edin.

– Vüsal İbrahimov Cavanşir oğlu. 1984-cü il oktyabrın 2-də Xırdalan şəhərində anadan olmuşam. Əslim Masallıdandı.

– Neçə ildir bərbər kimi fəaliyyət göstərirsiniz?

– 2005-ci ildən bərbər kimi fəaliyyətdəyəm, amma 2007-ci ildən bu sənətin bütün xırdalıqlarını öyrəndim. Üç dövlətdə işləmişəm: Almaniya, Rusiya və Türkiyə.

– Bərbər olmağa necə qərar verdiniz?

– Etiraf edim ki, mən futbolçu olmuşam. Həm “Neftçi”nin U-16 komandasında, həm də Azərbaycan U-16 yığmasının tərkibində oynamışam. Atam rəhmətə getdi, elə bir vəziyyət yarandı ki, futbolda qala bilmədim.

Öz qərarımla bərbər olmağı seçdim. Bu sahəni öyrəndim, əsgərliyə yollandım. Qayıtdıqdan sonra Avropaya getdim. Orda çalışdım. 25 yaşımda ölkəyə qayıtdım və işləməyə başladım. Artıq 23 ildir ki, bu sahədəyəm və şükürlər olsun ki, tanıyanlar çoxdur.

– Ailənizdə bu sənətdə olan varmı?

– Öz ailəmdə yox. Amma babamın atası Masallıda tanınmış bərbər olub. Bundan başqa babamın xalası uşaqları da bərbər kimi işləyiblər. İndi də mən bərbərəm və gələcəkdə övladımın da bu sahəni davam etdirməsini istəyirəm.

– Şagirdləriniz varmı? Varsa, onlara “Vüsal stili”ni öyrədirsinizmi?

– Şagirdlərim var. Əlbəttə, onlara da öyrədirəm. Elə tələbələrin ən çox öyrənmək istədiyi stil odur. Deyirlər ki, ustamızın stilini öyrənirik.

– Hazırda saç ustası seçimi çoxdur. Amma siz öz mövqeyinizlə müştəri cəlb etməyi, izləyici yığmağı bacardınız. Bu “Vüsal stili” ideyası necə yaranıb?

– “Vüsal stili” adlanan saç düzümünü 2008-2009-cu ildən düzəldirəm. O zamanlar bu stilin adı “poluboks” idi. Sadəcə son dövrlər özümə məxsus olduğu, “Vüsal stili” adlandığı üçün məşhurlaşdı. Bütün dünya bu stildən danışır. Düzdü, əvvəl də düzəldirdim bu saçı, sadəcə son 3-4 aydır ki, gündəmdən düşmür.

İzləyici yığmağımın digər bir səbəbi isə heç kimdən hansısa saç stilini kopyalamamağımdı. Öz stilim var və sonacan da belə davam edəcəm.

– Paylaşdığınız videolarda fon olaraq ancaq Xumar Qədimovanın mahnıları səslənir. Deyəsən, Xumar Qədimovaya xüsusi bir sevginiz var?

– Bəli, çox xoşlayıram. Xumar xanımın mahnıları mənə xüsusi bir rahatlıq verir. İşlədiyim zaman ancaq onun ifalarını dinləyirəm. Bunu Xumar Qədimovanın özü də bilir. Mənimlə görüşmək istəyir. İnşallah, yaxın zamanda görüşümüz baş tutacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Fevral 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri