Millimizin üzvü bu qərarla razılaşmır Narazılığını gizlətmədi
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan U-21 millisinin heyətində Şotlandiyaya qarşı yaxşı oyun keçirən Xəyal Əliyev matçın sonunda rəqib oyunçuya hücum edərək, peşəkarlığa yaraşmayan davranışına görə qırmızı vərəqə aldı. Bununla da “Sabah”ın futbolçusu yığmanın qarşıdakı görüşlərini buraxmalı olacaq.
Əliyevin bu davranışı təsadüfi deyil. Əldə etdiyimiz məlumata görə, futbolçu U-21 millisində oynamaq istəmir. “Sabah”ın oyunçusu gənclərlə birgə çıxış etməkdən məmnun deyil. O, əsas millidə forma geyinmək istəyir.
Daha öncə A milliyə dəvət alan Xəyal Əliyev Ayxan Abbasov gəldikdən sonra U-21 yığmasına çağırılır. Futbolçu da bu qərardan narazıdır.
O, özünü U-21-ə yox, əsas milliyə layiq görür. Bu səbəbdən də millinin düşərgəsində davamlı narazılıq edir, komanda yoldaşları ilə ünsiyyət qurmur. Onun Şotlandiya matçı sonrası davranışına görə cəza alıb-almayacağı isə bəlli deyil.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Oktyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















