Millinin heyəti bilindi Abbasov onları kənarda saxladı
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Millətlər Liqasında bu gün Bakıda Lixtenşteyn ilə üz-üzə gələcək Azərbaycan millisinin heyəti məlum olub.
Futbolpress.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov 7 futbolçunu iştirak ərizəsinə daxil etməyib.
Bunlar Renat Dadaşov, Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə və Fərid Yusiflidir.
Renat zədəli olduğu üçün görüşü buraxacaq. Bu barədə Abbasov oyundan əvvəl baş tutan mətbuat konfransında açıqlamasında deyib. Digər futbolçular isə mütəxəssisin öz qərarı ilə kənarda qalıb.
Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”)
Müdafiəçilər: Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Elvin Bədəlov (“Neftçi”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)
Yarımmüdafiəçilər: Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov ( “Neftçi”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev ( “Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev (“Kişvarda”, Macarıstan)
Hücumçular: Vüsal İsgəndərli (“Malisheva”, Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa)
Azərbaycan – Lixtenşteyn görüşü saat 20:00-da start götürəcək.
Baxış sayı:105
Bu xəbər 01 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















