Abbasov kimləri kənarda saxladı?
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan yığması UEFA Millətlər Liqasında 3 oyundan sonra 5 xalla birinci sıradadır.
Turnirdən öncə Tacikistanla sınaq matçına çıxan milli bu görüşdə də qələbəyə sevinib – 1:0.
Baş məşqçi Ayxan Abbasov toplanışa dəvət etdiyi 30 futbolçudan yalnız 3-nə şans verməyib.
Qapıçılar Aydın Bayramov, Rəvan Mirzəmmədov və yarımmüdafiəçi Anatoli Nuriyev 4 matçda meydana çıxmayıb.
27 futbolçudan yararlanan Abbasov dörd görüşün hamısında qapıda Emil Balayevə güvənib. Qolkiper ümidləri doğruldub. Milli bu matçlarda yalnız bir qol buraxıb.
Rahil Məmmədov, Rəhman Daşdəmirov, Toral Bayramov, Mahir Emreli, Abdulla Xaybulayev, Tellur Mütəllimov, Rüfət Abbasov, Aleksey İsayev bütün matçların iştirakçısı olub.
Milli tsiklda keçirdiyi 3 oyunun 2-də heç-heçə edib, 1-də qələbə qazanıb. Yığma bu görüşlərdə cəmi 3 qol vurub. Lixtenşteynlə qolsuz “sülh”ə razılaşan Ayxan Abbasovun yetirmələri Litvaya hər iki görüşdə bir qol vurub, taciklərə də minimal hesabla qalib gəlib.
Milli müdafiə planında yaxşı təsir bağışlasa da, hücumda sonluq çatmır. Xüsusilə, Litva ilə Bakıdakı matçda 3-4 real qol şansı yaradan kollektiv hesabı artıra bilməyib. Vüsal İsgəndərli və Renat Dadaşov bu neqativliyin baş “qəhrəmanlarıdır”.
Millinin tsiklda cəmi bir oyunu qalıb. Abbasovun yetirmələri noyabrda Lixtenşteynlə səfərdə üz-üzə gələcək. Komanda qələbə qazanacağı halda, qrupu lider kimi bitirəcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Oktyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















