Millinin üzvü meydanda vəfat etdi
Icma.az, Fanat saytına istinadən bildirir.
Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Milovanoviç dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Lequipe” yayıb.
Nəşrin məlumatına görə, 41 yaşlı futbolçu veteranların oyunu zamanı meydanda vəfat edib.
Belqradda ölkəsinin "Srvena Zvezda" klubunun heyətində meydana çıxan Milovanoviç qol vurduqdan bir neçə dəqiqə sonra huşunu itirib. Tibbi personal onu həyata qaytara bilməyib. Onun infarktdan öldüyü bildirilir.
Qeyd edək ki, Deyan Milovanoviç Serbiyanın "Srvena Zvezda", Fransanın "Lans", eləcə də Yunanıstanın "Panionios" klublarında çıxış edib. O, 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.
Baxış sayı:101
Bu xəbər 17 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















