Icma.az
close
up
RU
AYNA milyonları necə dağıdır?

AYNA milyonları necə dağıdır?

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “STP-Btech” şirkəti ilə iki satınalma müqaviləsi imzalayıb.
Newscenter.az-ın məlumatına görə, Qaynarinfo xəbər verir ki, müqavilələrin birində respublika ərazisində, magistral yollarda nişanlanma işləri, digərində isə yolların xətlənməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Yollarda nişanlanma işlərinə görə “STP-Btech” şirkətinə 33 549 225,28 manat, yolların xətlənməsinə görə isə 11 465 232,11 manat ödəniləcək.
Ümumiyyətlə isə AYNA cari ildə “STP-Btech” şirkətilə dörd satınalma müqaviləsi imzalayıb. Əvvəlki iki müqavilə də yolların xətlənməsi və nişanlanması ilə bağlıdır. Bu müqavilələrin ümumi maliyyə dəyəri isə 32 295 357,01 manatdır. Beləliklə, aydın olur ki, “STP-Btech” şirkəti təkcə 2025-ci ildə AYNA-dan 77 309 814,40 manatlıq sifartiş alıb.
Ötən il də AYNA ilə sözügedən şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Bu müqavilələr də nişanlanma və xətlənmə işləri ilə bağlıdır. Müqavilələrin ümumi maliyyə dəyəri 20 593 944,40 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “STP-Btech” MMC 4 aprel 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 400 000 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texno Park sahəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Emre Yalçındır.

Ondan əvvəl şirkətin qanuni təmsilçisi Qurbanzadə Səlim Səlim oğlu olub. Mediada gedən məlumatlara görə, Səlim Qurbanzadə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının sədri Aqil Qurbanovun qardaşıdır. Səlim Qurbanzadənin “STP-Btech” MMC-yə rəhbərlik etdiyi dönəmlərdə də şirkət iri məbləğli dövlət sifarişləri alıb. Media bunu Aqil Qurbanovun himayədarlığının nəticəsi kimi şərh edir.
Yeri gəlmişkən, “STP-Btech” MMC 1 ildən bir az artıqdır ki, fəaliyyət göstərir. Lakin yaranmasından heç iki ay ötməmiş satınalma müsabiqələrində iştirak etməyə başlayıb.

“STP-Btech” MMC-nin rəsmi internet saytından məlum olur ki, şirkətin Direktorlar Şurasının sədri Ələkbər Abbaslıdır. Ələkbər Abbaslı cari ilin avqustunda “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin edilib.

“STP-Btech” MMC-nin Direktorlar Şurasının üzvlərindən biri Aymet Haytaoğludur. O, bundan əvvəl “Caspian Entertainment” şirkətinin rəhbəri olub.
Adıçəkilən şəxslərin AYNA və ya qurumun rəhbərliyi ilə hər hansı əlaqələrinin, yaxınlıqlarının olması barədə məlumat yoxdur. Bununla belə, cəmi il yarımdır fəaliyyət göstərən şirkətin bu müddət ərzində AYNA-dan 97 903 758,80 manatlıq sifariş alması şirkətlə AYNA rəhbərliyi arasında hansısa işbirliyinin olmasına şübnhələr yaradır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri