Icma.az
close
up
RU
Bakıda ilkə imza atılır: 4 əraziyə işarə Milyonları düşündürən məsələ

Bakıda ilkə imza atılır: 4 əraziyə işarə Milyonları düşündürən məsələ

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda ilk dəfə çoxmərkəzli inkişaf modeli tətbiq olunacaq. Belə ki, Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun sözlərinə görə, layihə çərçivəsində Mərdəkan, Sabunçu, Hövsan və Lökbatan kimi ərazilərdə yeni infrastruktur mərkəzləri yaradılacaq. Məqsəd şəhərdaxili miqrasiyanı və nəqliyyat sıxlığını azaltmaq, paytaxtın balanslı inkişafını təmin etməkdir. 

Bu layihə real nəticə verəcəkmi, yoxsa sadəcə növbəti şəhərsalma vədi olaraq qalacaq?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, çoxfunksiyalı mərkəzin yaradılması və bu sahədə aparılan işlərlə bağlı müxtəlif vaxtlarda fərqli fikirlər səsləndirilib:

“2018-ci ilə qədər Bakıda tikilən 2 minə yaxın binaların inşası sistemli şəkildə planlaşdırılmayıb. Hətta kvartallar arasında bəzi bir neçə mərtəbəli tikinti və ticarət obyektləri qarışıq, nizamsız şəkildə yerləşib. Bu da şəhərin ümumi görünüşünü pozur, gələcək inşaat işlərinə maneə yaradır. 2018-ci ilin avqustundan etibarən səlahiyyətlər birbaşa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Həmin zamandan bu günə kimi müəyyən proseslər dayandırıldı, Bakının Baş planının hazırlanmasına başlanıldı. Bu, həm ölkə, həm də iqtisadiyyat üçün strateji əhəmiyyət kəsb edən məsələ idi. Lakin bunun da beynəlxalq şirkətlər tərəfindən hazırlanması əslində uzun davam edən təhlillər nəticəsində olmalı idi. Ola bilər, çox dərindən təhlil işləri aparılmayıb. Fikrimcə, bu, olduqca böyük layihə idi və onun qısa zamanda tamamlanması mümkün deyildi”.

Elnur Azadov

Ekspert bildirib ki, sıfırdan şəhərsalma planı hazırlamaq daha rahat və səmərəlidir:

“Mövcud şəhərin üzərində yeni baş plan qurmaq olduqca çətindir. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, hər 5 il ərzində istənilən ərazinin inkişaf planı hazırlanmalıdır. Burada sözsüz ki, çoxsaylı amillər nəzərə alınmalıdır: ərazidə olan tələbat, əhali sıxlığı, artım, təyinatına uyğun olaraq sorğuların aparılması və sair olarsa, layihənin də faydası olacaq. Hər addım əvvəlcədən nəzərdən keçirilməli, ciddi analiz aparılmalıdır”.

E.Azadov qeyd edib ki, qanun hər şeyi əhatə etmir:

“Lazım gələrsə, bəzi qanunlarda dəyişikliklər də mütləqdir. Məsələn, “SeaBreeze” ərazisində tökmə torpaqlardan istifadə işi ilə bağlı qanun yox idi. Buna görə də sonradan qərar verildi və tətbiq olundu. Tökmə torpaqların üzərində kazinoların inşasına icazə verildi. Yəni hər şey mümkündür. Əsas məsələ nəticənin uğurlu olması üçün düzgün və peşəkar təhlilin aparılmasıdır”.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri