Milyonlarla insan hədəfdə: Kiberdələduzluqda süni intelekt dövrü
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Belçikada baş verən kiberhücum şəxsi məlumatların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Süni intellekt dəstəkli hücum nəticəsində təxminən 1,2 milyon nəfərin məlumatlarının oğurlanması rəqəmsal təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Azərbaycanda da bu cür təhlükənin mövcudluğu realdır. Belə ki, 2025-ci ilin ilk yarısında 6 164 vətəndaşın dövlət elektron xidmətlərindəki hesablarının hakerlər tərəfindən ələ keçirildiyi açıqlanıb.
Bəs Azərbaycanda da belə kiberhücumların miqyası arta bilərmi? Oğurlanan şəxsi məlumatlardan hansı məqsədlər üçün istifadə olunur?
İT mütəxəssisi Elvin Həsənov “Cebheinfo.az”a bildirib ki, mən bu hadisəyə təkcə Belçikada baş vermiş lokal bir problem kimi baxmazdım. Əsas məsələ budur ki, bu gün dövlət qurumları, bələdiyyələr, banklar və böyük şirkətlər çox böyük həcmdə şəxsi məlumat saxlayır:
“Bu məlumatların bir hissəsi bir mərkəzi sistemdə və ya eyni xidmət təminatçısında toplananda, bir zəiflik bəzən yüz minlərlə, hətta milyonlarla insanı eyni anda riskə ata bilir. Azərbaycanda da belə təhlükə var, çünki biz də getdikcə daha çox xidməti rəqəmsallaşdırırıq və şəxsi məlumatlar müxtəlif informasiya sistemlərində toplanır. Burda insanları ən çox düşündürən məsələ isə mənim adım, telefon nömrəm və ya ünvanım oğurlanıbsa, bununla nə edə bilərlər? Əsl təhlükə məlumatların ayrı-ayrılıqda deyil, birləşdirilərək istifadə olunmasındadır.
Cinayətkar sizin adınızı, doğum tarixinizi, telefon nömrənizi, hansı bankdan istifadə etdiyinizi və ya hansı xidmətə abunə olduğunuzu bilirsə, artıq sizə çox inandırıcı saxta zəng və ya mesaj hazırlaya bilər. Adam düşünür ki, bu qədər məlumatımı bilirsə, yəqin həqiqətən bankdandır, amma məhz bu məqamda sosial mühəndislik başlayır. Süni intellekt də bu riski artırır. Əvvəllər hamıya eyni mətnlə saxta mesaj göndərilirdisə, indi oğurlanmış məlumatlar əsasında hər bir insana ayrıca uyğunlaşdırılmış mesaj, elektron poçt hesabları və ya danışıq ssenarisi hazırlamaq mümkündür. Hətta insanın iş yeri, vəzifəsi və yaxın çevrəsi məlumdursa, hücum daha da inandırıcı qurula bilər. Yəni AI burada hücumu mütləq özü etmir, amma cinayətkarın işini daha sürətli və daha peşəkar edə bilir".
E.Həsənov hesab edir ki, oğurlanan məlumatlardan saxta hesablar açmaq, parol bərpa proseslərini ələ keçirməyə çalışmaq, fişinq hücumları (fırıldaqçıların istifadəçiləri aldadaraq parol, bank kartı məlumatları və şəxsi məlumatları ələ keçirmək üçün etdiyi kiberhücum növüdür) təşkil etmək, insanın adından başqalarını aldatmaq və bəzi hallarda maliyyə fırıldaqları üçün də istifadə oluna bilər:
"Buna görə də məlumat sızması baş verəndə məsələ yalnız “məlumat çıxdı” ilə bitmir. Həmin məlumat illər sonra belə başqa bazalarla birləşdirilib yenidən istifadə oluna bilər. Məncə həm Azərbaycanda, həm də başqa ölkələrdə əsas diqqət hücum baş verəndən sonra deyil, ondan əvvəl görülən tədbirlərə yönəlməlidir. Məlumatlar şifrələnməli, bütün sistemlərdə iki mərhələli təsdiq tətbiq olunmalı, əməkdaşların giriş hüquqları məhdudlaşdırılmalı və üçüncü tərəf şirkətlər də eyni səviyyədə yoxlanılmalıdır. Çünki böyük təşkilatlarda hücumçu həmişə əsas qapını sındırmağa çalışmır bəzən ən zəif tərəfdaş üzərindən içəri daxil olur”.
Mütəxəssis qeyd edib ki, istifadəçi üçün də ən vacib qayda budur ki, kiminsə sizin haqqınızda düzgün məlumat bilməsi onun həqiqətən bankdan, dövlət qurumundan və ya tanıdığınız şirkətdən olması demək deyil.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















