Icma.az
close
up
RU
Milyonlarla insana təsir edən, amma heç kimin danışmadığı virus: HTLV 1 nədir?

Milyonlarla insana təsir edən, amma heç kimin danışmadığı virus: HTLV 1 nədir?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

HİV ilə eyni ailəyə mənsub olan "Human T-lymphotropic virus type 1” (HTLV-1) adlı retrovirus, dünyada milyonlarla insana yoluxub, lakin nadir hallarda gündəmə gətirilir. Elm dünyası indi bu virusu daha yaxından tanımağa və nəzarət altına almağa çalışır.

Qaynarinfo xəbər verir ki, HTLV-1 ilk dəfə 1980-ci ildə müəyyən edilib. Qan yolu, cinsi əlaqə və ana südü vasitəsilə ötürülür. HİV kimi, bədənə daxil olduqda ömürlük qalır. Ən təhlükəli xüsusiyyətlərindən biri, insan hüceyrələrinə yerləşərək immun sistemindən gizlənməsidir. Bu səbəbdən, virus bədəndə olsa belə, orqanizm onu illərlə hiss etməyə bilər.

Dünyada milyonlarla daşıyıcı var

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2012-ci il məlumatına görə, dünyada 5–10 milyon arası insan HTLV-1 daşıyıcısıdır. Lakin bir çox ölkədə virus üçün müntəzəm müayinə aparılmadığından real sayın daha yüksək olması ehtimal edilir. Virus qadınlarda kişilərə nisbətən daha çox yayılıb, amma bu fərqin səbəbi hələ dəqiq bilinmir.

Virus əsasən Yaponiyanın cənub-qərbində, Saharaaltı Afrikada, Karib hövzəsində, Cənubi Amerikada, Yaxın Şərqin bəzi bölgələrində və Avstraliyadakı yerli icmalar arasında geniş yayılıb. Maraqlı məqam odur ki, bu virus yalnız təxminən 50 il əvvəl kəşf edilsə də, alimlər onun insanlarla ən azı 20 min illik tarixə malik olduğunu düşünür.

Əlamətləri nələrdir?

HTLV-1 daşıyan insanların çoxunda illərlə heç bir simptom görünmür. Lakin bəzi hallarda ciddi xəstəliklər inkişaf edə bilər. Ən tanınmış fəsadlardan biri sinir sistemini zədələyən və irəliləyən HAM/TSP (HTLV-1 ilə əlaqəli mielopatiya/tropik spastik paraparezi) xəstəliyidir. Bu problem əzələ zəifliyinə, spazmlara və yerimə çətinliklərinə səbəb olur. Nadir hallarda göz, ağciyər və dəri ilə bağlı problemlər də yarana bilir. HAM/TSP adətən ölümcül deyil, amma zamanla ağırlaşır. Erkən diaqnozla müəyyən müddət həyat keyfiyyəti qoruna bilər.

HTLV-1-in ən ciddi nəticələrindən biri isə yetkin T-hüceyrəli leykoz/limfoma (ATL) adlı nadir qan xərçəngidir. İnsanlarda xərçəngə səbəb olduğu təsdiqlənmiş yeganə retrovirus olan HTLV-1, bu xüsusiyyəti ilə elm aləmində fərqlənir. ATL hər daşıyıcıda inkişaf etmir; risk 2–5% arasında dəyişir. Amma xüsusilə aqressiv formalarında diaqnozdan sonra sağ qalma müddəti bir ildən az ola bilər.

Müalicəsi varmı?

Uzun illər təsirli müalicəsi olmayan HTLV-1 üçün nəhayət ümid doğuran bir irəliləyiş əldə olunub. Avstraliyadakı "Walter and Eliza Hall” Tibb Araşdırma İnstitutu və "Peter Doherty” Yoluxucu Xəstəliklər və İmmunitet İnstitutu, 10 illik araşdırma nəticəsində ilk dəfə olaraq virusu canlı orqanizmdə zəiflətməyi bacarıb.

Tədqiqat zamanı xüsusi hazırlanmış siçan modeli üzərində, həm dünyada geniş yayılmış, həm də yalnız Avstraliya yerli icmalarında görülən virus tipləri öyrənilib. Sınaqlarda HİV müalicəsində istifadə edilən tenofovir və doluteqravir dərmanları tətbiq olunub. Nəticələr ümidverici olub: bu preparatlar HTLV-1 virusunu basqılaya bilib.

Araşdırmanın müəlliflərindən doktor Dörflinger deyib: "Bu dərmanların təhlükəsiz olduğunu onsuz da bilirik. Artıq HTLV-1 üçün də istifadəsinin mümkün olduğunu göstərdik".

Professor Damian Pursell isə bildirib: "Bu virusun yayılmasını dayandırmaq və səbəb olduğu xəstəlikləri aradan qaldırmaq üçün real bir imkanımız ola bilər".

Növbəti mərhələ insan üzərində sınaqlardır. Əgər proses plan üzrə getsə, yaxın illərdə HTLV-1 üçün ilk xüsusi dərman müalicələrinin istifadəyə verilməsi mümkün ola bilər.

Bu araşdırma elmi dünyanın nüfuzlu jurnallarından "Cell”də dərc olunub.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri