Icma.az
close
up
RU
Milyonlarla kreditin ayrılmasına sabiq vergilər naziri göstəriş verib “Şlyapa Zahid”in məhkəmə işi

Milyonlarla kreditin ayrılmasına sabiq vergilər naziri göstəriş verib “Şlyapa Zahid”in məhkəmə işi

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə Əşrəf Kamilov ifadə verib.
Qeyd edək ki, Əşrəf Kamilov “Ata bank” Müşahidə Şurasının sədri, həm də bankın həmtəsisçisi olub. Onu da bildirək ki, bankdan “Şahin CO” MMC-yə ayrılan külli miqdarda kreditin ayrılmasına Əşrəf Kamilov imza edib.
O bildirib ki, rəhbərlik etdiyi banka “Şahin CO” şirkətinin adına kredit götürülməsi üçün müraciət olunub. Onun sözlərinə görə, həmin şirkət müdafiə sənayesinin inkişafına köməklik məqsədilə işlərin görülməsi üçün yaradılıb. Bildirib ki, həmin şirkət vasitəsilə Zahid Niftəliyevin adına kredit götürülüb.
Bu zaman təqsirləndirilən şəxs deyib ki, kreditin götürülməsində iştirak etməyib, bundan xəbərsiz olub.
Daha sonra ifadəsini davam etdirən Əşrəf Kamilov qeyd edib ki, bankda səhmləri olan bir şəxs kimi ona da ziyan dəyib: “Əmanətlərin sığortalanması fondu araşdırma aparır. Mənim də təsisçi kimi bankda əmanətim olub. Hesab edirəm ki, sonda mənə də dəymiş ziyan ödəniləcək. Bankda kreditlərin götürülməsindən xəbərim olmayıb. “Şahin CO” şirkətinin banka nə qədər borclu olduğunu bilməmişəm”.
Əşrəf Kamilovun sözlərinə görə, Zahid Niftəliyevin adına bankda böyük məbləğdə kredit götürülməsi üçün müraciət olunub: “Amma məbləğ böyük olduğu üçün idarə heyəti və müşahidə şurasında müzakirə edildi. Amma sonda kreditin verilməsinə müsbət rəy verildi. Məbləğin yarısı başqa hesaba köçürüldü”.
Zahid Niftəliyev isə bildirib ki, kreditin götürülməsindən, yarısının isə başqa hesaba köçürülməsindən xəbəri olmayıb.
Daha sonra şahid qismində ifadə verən Adıgözəl Ağayev bildirib ki, “ATA Holdinq”in idarə heyətinin sədr müavini olub. Onun sözlərinə görə, 2015-ci ilin iyul ayında idarə heyəti tərəfindən “Şahin CO” MMC-nin adına böyük məbləğdə kredit verilməsi üçün müraciət müzakirə edilib: “Müşahidə şurası tərəfindən banka rəy verildi. Biz də həmin rəyə imza etdik. Kreditin verilməsinə müsbət cavab verildi və daha sonra kreditin ayrılması barədə qərar verildi”.
Adıgözəl Ağayev qeyd edib ki, onların vəzifəsi banka böyük məbləğdə kreditin ayrılması üçün müraciətlərin araşdırılması, əvəzində qoyulan girovların yoxlanılması olub. Sorğu-sual zamanı məlum olub ki, “Şahin CO” MMC-yə böyük məbləğdə kredit ayrılsa da, amma heç bir girov qoyulmayıb. Bununla bağlı məsələyə Adıgözəl Ağayev belə cavab verib: “Bununla bağlı xahiş olunmuşdu. Çünki müsbət cavab verilməli idi”.
Sualları cavablandıran zaman şahid qeyd edib ki, kreditin ayrılması məsələsinə sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun göstərişi olub: “Amma sonradan kreditin ödənilməməsi bizə məlum oldu. İlin sonunda faizlərin bağlanması zamanı bunu müəyyən etdik. 2019-cu ildə bununla bağlı İqtisad Məhkəməsinə müraciət etdik”.
Bu zaman şahidə niyə görə 2015-2016-cı illərdə yox, 2019-cu ildə İqtisad Məhkəməsinə müraciət olunması ilə bağlı, həmçinin həmin illərdə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunması ilə bağlı suallar verilib. Şahid isə bildirib ki, əvvəlcə kreditin ödənilməsi üçün müştəriyə fürsət verilib, bununla bağlı Zahid Niftəliyevə yeni müqavilə də göndəriblər, amma nəticəsi olmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Bu məsələyə Zahid Niftəliyev isə belə arayış verib: “2019-cu ildə mənə yeni müqavilə göndərdilər. Məqsəd isə kreditin vaxtının uzadılması ilə bağlı idi. Mən də həmin müqaviləyə imza etmədim. Çünki heç bir pul götürməmişdim”.
Növbəti proses martın 12-də davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.
O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Fevral 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri