Icma.az
close
up
RU
MİLYONLARLA QAZ SAYĞACI NİYƏ YARARSIZ ÇIXDI: Çində Alman istehsalı , Dubay variantı və... KOMİTƏ SƏDRİ ELƏ İDDİALAR YAYDI Kİ...

MİLYONLARLA QAZ SAYĞACI NİYƏ YARARSIZ ÇIXDI: Çində Alman istehsalı , Dubay variantı və... KOMİTƏ SƏDRİ ELƏ İDDİALAR YAYDI Kİ...

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Bəlkə də son 5 il ərzində  SOCAR “Azəriqaz” İB tərəfindən ölkəyə cürbəcür ölkələrdən alınmş 3 milyondan artıq müxtəlif markalarda məişət qaz sayğacları gətirilmiş istismara verilmiş və 1 milyondan artıq qaz sayğacı növbəti dövrü yoxlama müddəti tamamlanmadan (yəni mövcud qaydalara əsasən sayğac 5 il istismarda olmalıdır) qaz xəttindən acilıb "@Kalibirlənmə labaratoriyası"na göndərilmiş və yararsız hesab olunaraq utilizasiya olunmuşdur".

Mia.az xəbər verir ki, bu məlumatı "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında adını şəkmədiyi qaz üzrə ekspertə əsaslanaraq paylaşıb. 

O, daha sonra tez-tez müəmmalı qərarlarla dəyişən sayğaclardan və artan qaz itkisi ilə bağlı vəziyyətiə toxunub:

"Ölkəyə əsasən Alman markası olan "Zenner Atmos" şirkətinin, lakin Çinin Şanxay şəhərində yerləşən (Şanxay) “Zenner Metering Technology (Shanghai) Ltd müəsisəsi tərəfindən istehsal ounan Zenner G-2.5T, Zenner G-4T, Zenner G-6 T, Zenner G-4 və G-6 Smart tipli qaz sayğacları 2018-ci ildən gətirildi, Bu şirkətdən 4 milyondan artıq qaz saygacı alınıb, lakin zavod qüsurlu olduqları üçün şəbəkədən dərhal və ya müəyyən müddət kecdikdən sonra əvəzlənib .Qısası, bu sayğaclar 5 il istismarda olmağa qadir deyildirlər. Milyonlarca vəsiti bu şirkətə yatıran dırnaqarası qəhrəmanlar hələki susurlar.

Bu ildən etibarən SOCAR “Azəriqaz” İB və “Esyasoft Holding” LTD şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət 2.5 miyon ədəd qaz sayğacını Azərbaycana 480 miyon dollar  qarşılığında satacaq. Şirkət "Esyasoft Holding Ltd." Birləşmiş Ərəb Əmirliynin (BƏƏ) Dubay şəhərində yerləşir və "International Holding Company" (IHC) qrupuna daxildir.

Gəlin inkişaf etmiş və inkişaf etməkdə olan dünya ölkələrində qaz sayğacının istismar ilini və onların dövrü yoxlama müddətinə bir-bir baxaq:

- Özbəkistan rəsmi olaraq 2024-cü ildən ehtibarən, Mexaniki tipli qaz sayğaclarının dövrü yoxlama müddətini 5-ildən 8 ilə kimi uzadıb, Sənaye tipli qaz sayğaclarının 3-ildən 4 ilə uzadıb.

Qaz sayğaclarını Özbəkstan özü  istehsal edir ölkədə əsasən Texnopark MMC şirkətlər qrupu tərəfindən istehsal olunan Osten G-2.5T, G-4 və G-6 markalı, və ZEKR G4, G-6  (Smart GM G4) ultrasonik qaz sayğacı istehsal edir. Ölkə üzrə növbədən kənar dövlət yoxlamasına göndərilmiş qaz sayğaclarının sayı umumi istehlakçılar üzrə 3 faiz civarındadır.

- Almaniya: Risk əsasına görə vəziyəyət dəyişir. Əgər istehlakçı il ərzində  G-4 markalı sayğacla il ərzində 7000 m3 dan çox, G-6 markalı sayğacla 11000 m3 dan çox  təbii qazdan istifadə edirsə bu sayğaclar 3 ildən bir, Əgər aşağı sərfiyyatlıdırsa 10 ildən bir kalibrləşmə labaratoriyasına göndərilir. 

Bu qaydalar Niderland, Belçika, və Avstriya kimi ölkələrdə də tətbiq olunur.

- Ukrayna: Bütün mexaniki qaz sayğacları 8 ildən bir dövrü yoxlamadan keçirilir.

- Qonşu Gürcüstan Qaz sayğaclarının kalibrləmə intervalları maksimum axın gücünə görə müəyyən olunur:

Qₐmₓ ≤ 10 m³/h — 10 ildən bir  

Qmₐₓ > 10 m³/h — 4 ildən bir

-Kanada:

Diafraqma sayğacları: İlkin 7 il, sonrakı  kaıibirlənmə 5 il.

Rotary sayğaclar: İlkin 20 il, sonrakı kaıibirlənmə 16 il.

Ultrasonik sayğaclar smart : İlkin 10 il, sonrakı kaıibirlənmə 8 il.

-İspaniya:  

Diafraqmalı sayğac 10 il sonrakı kaıibirlənmə 5 il

Rotorlu sayğac 6 il sonrakı kalibirlənmə 3 il

Turbin 4 il sonrakı kalibirlənmə 2 il

Belarusda Qaz Sayğaclarının Dövri Yoxlanma İntervalları:

-Belarusda qaz sayğaclarının dövri yoxlanması (kalibrləmə) dövlət tərəfindən tənzimlənir və Gosstandart (Dövlət Standartları Komitəsi) tərəfindən müəyyən olunur.

Əsasən məişət qaz sayğacları üçün kalibrləmə intervalları 8 il və ya 10 il təşkil edir:

Sayğacın İstehsal Tarixi

Dövri Kalibrləmə İntervalı

2021-ci ildən əvvəl istehsal olunan - 8 il;

2021-ci ildən sonra istehsal olunan - 10 il;

Gəlin ölkəmizi İspaniya ilə müqaiyisə edək:

Ölkədə 11,5 milyon məişət,  yəni əhali abonenti var. Əhali abonentlərinin istifadəsində hal-hazırda 70 faizində Çin istehsalı olan Zenner Atmos şirkətinin qaz sayğacları, 10 %-də Alman şirkəti olan Honeywel şirkətinin Elster markalı qaz sayğacları, 20 faizində Fransa və ABŞ  birgə istehsalı olan İtron firmasının İTron markalı və Polşa istehsalı olan Metrix markalı qaz sayğacları var,

Şəbəkədə təqribən 7.5 milyon Zenner Atmos şirkətinə məxsus qaz sayğacı var bu sayğaclarda 2018 ci ildən bəri kütləvi surətdə quraşdırılmağa başlanılıb. İspaniyada dövrü yoxlama müddəti 10 il müddət nəzərdə tutulduğundan hələlik bu sayğacların əvəzlənməsi nəzərdə tutulmamışdır  

İspaniyanın ən böyük təbii qazın satışını həyata keçirdən Endesa Energía şirkətinin rəhbəri olan José Damián Bogas Gálvez bu sayğacların quraşdırdıqdan sonra yalnız 1.8 % cıvarında zavod qusurlu olduğu üçün dərhal şirkətin özünə qaytarılıb.

İspaniyada qəbul olunan qazın itki faizləri isə 2020-ci ildə 1.7 % 2021-ci ildə 1.9 %, 2022-ci ildə 1.9 %, 2023-cü ildə, 2 %, 2024-cü ildə 1.8 % olmuşdur.

2018-ci ildən  Azərbaycana gətirilmiş 2 milyondan bir qədər artıq Zenner Atmos firmasına məxsus qaz sayğaclarının artıq 800 mindən bir qədər artıq istismardan cıxarılıb və bir dənə olsun qaz sayğacı istehsalcıya qaytarılmayib.

Respublikamizda qaz itkiləri dayanmadan artmaqdadır, təksə 2025-ci ilin 7 ayı ərzində qəbul olunan qazın beş yüz qırx doqquz milyon üç yüz otuz üç min altı yüz otuz üç m3 qazı havaya ucurub, yəni yoxa cıxarılıb".

Məlumatda daha sonra deyilir ki, ölkədə qazın satışını həyata kecirdən SOCAR “Azəriqaz” İB 2025-ci ilin sentyabr-oktyabr ayında yeni əməliyyat modelinə keçiriləcək:

"Əvvəlki strukturda, məsələn, Quba Qaz Xidmət sahəsində - TQQ və SX, yəni, təbii qazın qəbulu və satışı xidməti və SQ və İX fəaliyyət göstərirdi, TQQ və SX-də 1 rəis, 3 mühəndis, 3 texnik , SQ və İX-ində 1 rəis, 3 mühəndis ştatları mövcud idi. Hazırda yeni əməliyyat modelində onları birləşdirərək "Sayğac əməliyyatları xidməti" altında fəaliyyət göstərəcək 1 rəis, 1 satış ürə mühəndis, 1 sayğac əvəzlənmə üzrə mühəndis olacaq. Eyni zamanda, Xacmaz regional İdarədə Kommersiya şöbəsində isə 6 mühəndis əvəzinə 19 mühəndis yeri artırılacaq.

Bu yeni əməliyyat modelinin tətbiqindən sonra "Azəriqaz"ın  itkiləri  mütəxəsislər tərəfindən 2 və 3 dəfə coxalacagi proqnozlaşdırirlar..."

Yazıyla rəsmi qurumların mövqeyini də əlavə etməyə hazırıq.

Samir MUSAYEV
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see202

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see187

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see143

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see140

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see140

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see138

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see134

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see133

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see133

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see133

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see133

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see132

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see131

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see130

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see129

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see128

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see125

Yumurtaları belə saxlayın Uzun müddət təzə qalacaq

16 Avqust 2025 22:41see124

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see120

Azərbaycanda ilk dəfə donuz modelində Laparoskopik kurs keçirilib

16 Avqust 2025 18:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri