Icma.az
close
up
RU
Milyonluq dələduzluq işi: Hüseyn Abdullayevin qohumu həbsdən çıxdı

Milyonluq dələduzluq işi: Hüseyn Abdullayevin qohumu həbsdən çıxdı

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, Tural Bayraməliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Şədiyyə Arif qızı Salehliyə məxsus 824 min 156 manat dəyərləndirilən əmlakı dələduzluq yolu ələ keçirməkdə ittiham olunub.

Zərərçəkmiş şəxs qismində tanınmış Şədiyyə Arif qızı Salehli bildirib ki, o, 23 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 16 ünvanında yerləşən "AGBANK" ASC-in Elmlər filialından qeyd olunan tarixli müqavilə əsasında illik 22 faiz olmaqla, 24 ay müddətinə 450 min manat kredit vəsaiti əldə edərək həmin vəsaiti bankın qarşısında Tural Bayraməliyevə birgə iş görmək məqsədilə verib. Həmin kredit müqaviləsi üzrə Tural Bayraməliyev zamin qismində tanınıb və Şədiyyə Salehli ilə bərabər kredit müqaviləsinin təminatı olaraq özünə məxsus daşınar və daşınmaz əmlakları girov qoyub. Beləliklə hər iki şəxs kreditor qarşısında birgə məsuliyyət daşıyıblar.

Birgə biznes ortaqlığından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə Tural Bayraməliyev təsisçisi və direktoru olduğu "Daş Çınqılı Servis" MMC adlı şirkətdə Şədiyyə Salehlini 15% pay sahibi edib və 1 il müddətində hər ay ona 10,000 manat pul ödəyib.

Bununla belə sözügedən kredit müqaviləsi üzrə cari ödənişlərin həyata keçirilməsi məqsədilə Tural Bayraməliyev ümumilikdə Şədiyyə Salehliyyə 230 min manatdan çox vəsait ödəyib ki, həmin məbləğin 100 min manatını sonuncu öz şəxsi ehtiyacları üçün xərcləyib.

Məhkəmə araşdırmaları zamanı üzə çıxıb ki, Şədiyyə Salehli sözügedən kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanarkən evli olduğu halda subay olduğuna dair etibarsız şəxsiyyət vəsiqəsi təqdim edib, notariusda ərizə verərək subay olduğunu bildirib və evli olduğunu qəsdlə gizlədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın çıxardığı hökmlə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökm Bakı Apelyasiya Məhkəməsində qüvvəsində saxlanılıb. Ali Məhkəmə Tural Bayraməliyevin kassasiya şikayətini təmin etməmişdi. Bu günlərdə Tural Bayraməliyevin cəza müddəti bitdiyindən azadlığa buraxılıb.

Xatırladaq ki, Tural Bayraməliyevin bibisi oğlu Hüseyn Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib. 2024-cü ildə bu cəzanın başa çatmasına 40 gün qalmış onun haqqında yenidən cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham verilib. 58 yaşlı Hüseyn Abdullayev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir. Hüseyn Abdullayevin barəsində sonuncu hökm ötən ilin fevralında, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Azər Tağıyevin sədrlik etdiyi məhkəmə iclasında "Quska" 9 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Fevral 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri