Icma.az
close
up
RU
Milyonluq mənimsəmədə təqsirləndirilən məmurların İŞİ: Pullar kartıma köçürülürdü

Milyonluq mənimsəmədə təqsirləndirilən məmurların İŞİ: Pullar kartıma köçürülürdü

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov, eləcə də idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Sirac Axunxov bildirib ki, o, Gənclər və İdman Naziriyində əsasən, döyüş-güləş idman növləri üzrə tədbirlərin təşkil edilməsində məsul şəxs olub:

"Mən sambo, güləş, taekvondo və karate kimi idman növləri üzrə yarışların təşkil edilməsində kurator vəzifəsində çalışırdım. Bu yarışlar plan təqvimi üzrə təşkil olunurdu. Bunlar üçün də müəyyən vəsait ayrılırdı. Yarışlar bəzən saat 10-11-dək davam edirdi və əlbəttə nəqliyyat xərcləri də ödəməli olurduq. Belə yarışlar üçün ayrılmış vəsait mənim şəxsi kart hesabıma köçürülürdü. Bankdan onu çıxarıb həmin xərclərə sərf edirdim. Bəzən həmin plandan əlavə yarışlar da keçirirdik və qalibləri mükafatlandırırdıq. Belə yarışlar üçün əlavə xərcləri Eldəniz Qulamovdan alırdım. Çünki ümumi vəsait onda olurdu. Eldəniz Qulamov həmişə bunun qeydiyyatını aparırdı və ayın axırı hesabatda göstərirdi".

Hakim Eldəniz Qulamovdan pulun niyə bu qaydada çıxarılmasının səbəbini soruşub.

Qulamov bildirib ki, bank kartı vasitəsilə vəsaitin idmançılara ötürülməsi uzun və mürəkkəb prosedur olduğu üçün alternativ yola əl atıblar:

"Yarışlarda birdən hansısa xərc yaranırdı. Məsələn, idmançılara yol üçün 5-10 manat artıq pul lazım olurdu. Əlbəttə bu xərc bank kartından nağdlaşdırılmalı və bankla razılaşdırılmalı olduğu üçün həm prosesi ləngidirdi, həm də komissiya ödədiyimiz üçün əlavə xərc yaranırdı. Burda böyük məbləğlərdən söhbət getdiyi üçün bank da komissiya tuturdu. Buna görə pulu nağd çıxarıb, özümüzdə saxlayıb, oradan lazımi məqsədlərə xərcləyib qeydiyyat aparırdıq".

Dövlət ittihamçısı belə pul köçürülməsinin və çıxarılmasının düzgün olmadığını bildirib.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid deyib ki, o, 500 manat maaş alıb və bəzi tədbir planından artıq olan xərcləri öz cibindən qarşılayıb: "Elə vaxt olub ki, əlavə xərcləri öz cibimdən qarşılayırdım, ayın sonunda Eldəniz bəydən alırdım".

Hakim onun etdiyi əməlin düzgün olmadığını qeyd edib: "Sən müdirinin insafına qalmısan ki. Birdən ayın sonu müdirin o pulu verməsəydi, onda nə edəcəkdin?!".

Şahid bu sualı cavablandırmaqda çətinlik çəkib.

Növbəti məhkəmə prosesi  iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Gənclər və İdman Naziriyi tanınıb.

İbtidai istintaqda dəymiş ziyandan 100 min manatın ödənilməsi təmin edilib.

Fidan Fərmanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyul 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri