Min bir dərdin dərmanı sayılan payız meyvəsi Narın gizli faydaları
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Payız aylarında yetişən nar həm dadına, həm də sağlamlığa olan təsirinə görə mövsümün ən faydalı meyvələrindən sayılır.
BAKU.WS xəbər verir ki, narın tərkibindəki zəngin vitamin və minerallar orqanizmin payız və qış fəsillərinə uyğunlaşmasına kömək edir.
Nar C, B6 və K vitaminləri, həmçinin dəmir, kalium və antioksidant maddələrlə zəngindir. Bu xüsusiyyətlər sayəsində o, immun sistemini gücləndirir, soyuqdəymə və virus infeksiyalarına qarşı qoruyucu təsir göstərir.
Həkimlərin sözlərinə görə, narın müntəzəm qəbulu qan dövranını yaxşılaşdırır, ürək-damar xəstəliklərinin qarşısını alır, qanazlığı problemini aradan qaldırmağa kömək edir. Bundan başqa nar, həzm sisteminin fəaliyyətini tənzimləyir. Dərinin və saçın sağlam görünməsini təmin edir.
Mütəxəssislər xüsusilə payız mövsümündə hər gün bir stəkan təbii nar şirəsinin içilməsini tövsiyə edirlər. Bu, həm orqanizmi möhkəmləndirir, həm də bədənin gündəlik vitamin ehtiyacını təbii yolla qarşılayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 25 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















