Icma.az
close
up
RU
“Minalanmış ərazidə tanklar ilə irəliləyirdik” Vətən müharibəsi iştirakçısı FOTO

“Minalanmış ərazidə tanklar ilə irəliləyirdik” Vətən müharibəsi iştirakçısı FOTO

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

44 günlük Vətən müharibəsində xidmətləri olan döyüşçülərimizdən biri də Zamin Aydın oğlu Bayramovdur. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatından iştirak etdikdən sonra səhhətində yaranan problemlərə görə, ordu sıralarından tərxis olunub. Lakin o, indiyə kimi döyüş yoluyla bağlı mətbuata heç vaxt danışmadığını bildirib.

O döyüş yoluyla bağlı ilk dəfə Redaktor.az-a danışıb:

“1995-ci il fevralın 7-də Cəlilabad rayon Göytəpə şəhərində anadan olmuşam. Evin kiçik övladıyam. Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə hərbi xidmətə yollanmışam və N saylı hərbi hissənin sülhməramlı taborunda xidmətə başlamışam. Altı ay ezamiyyətim olub və Əfqanıstan İslam Respublikasında Azərbaycan Respublikasını təmsil etmişəm. 2016-cı ildən Füzuli, Xocavənd və Ağcəbədi rayonları istiqamətində xidmət etmişəm”.

Z.Bayramov 2020-ci ildə 44 günlük Vətən müharibəsində döyüşlərə qatıldığını bildirib:

“44 günlük Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.  Döyüşün ilk günü Füzuli rayonu istiqamətində ön xəttin yarılması ən yaddaqalan döyüş əməliyyatlarından biri idi. Həmin gün çox ağır döyüşlər gedirdi. Minalanmış ərazidə tanklar ilə irəliləyirdik. Otuz ildən sonra ən qürurlu gün idi, düşmən səngərini darmadağın etdik. Həmin vaxt erməni hərbçiləri silahlarını atıb qaçırdılar”.

Keçmiş döyüşçü 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatında da iştirak etdiyini deyib:

“Antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Həmin vaxt yüngül qəlpə yaraları da almışam. Döyüşdən sonra səhhətimdə yaranan problemlərə görə öz istəyimlə ordu sıralarından tərxis olundum”.

Z.Bayramov bu xidmətlərində görə müxtəlif medallarla təltif edildiyini bildirib:

“Göstərdiyim xidmətlərə görə, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və Azərbaycan Respublikasını təmsil etdiyimə görə “1 nömrəli” medalla təltif olunmuşam”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri