Icma.az
close
up
RU
Minalanmış ərazidə gəzinti, ocaq başında sonuncu qonaqlıq

Minalanmış ərazidə gəzinti, ocaq başında sonuncu qonaqlıq

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Xarkov şəhərinin Severnıy Saltovka rayonu, 2022-ci ilin aprel ayının vəlləri idi. Məni müşayiət edən ukraynalı əsgər Mixail israrla xahiş edirdi ki, diqqətli olaq, "Gözünüz ayağınızın altına baxsın, dayanmadan sürətlə gedin. Unutmayın ki, Rusiya silahlıları cəmi bir kilometrliyimizdədir..."

Rusiya ordusu Xarkov vilayətinin sərhəd istiqamətində olan bütün əraziləri tutaraq şəhərə girmək üzrə idi. Severnıy Saltovka rayonu isə Xarkov şəhərinin, vilayətin Rusiya ilə sərhəd istiqamətində giriş rayonu idi. Rayon deyəndə, cəmi bir aya xarabalığa çevrilmişdi. Müharibəyə qədər gənclər şəhəri olan Xarkovun yaşıllıq rayonu olan Severnıy Saltovka artilleriya və küçə döyüşlərindən yerlə yeksan olmuş, əhalisinin çox hissəsi həlak olmuş, bir hissəsi də rayonu tərk etmişdi.

Mixail özü də Xarkovdandır. Müharibəyə qədər musiqiçi, daha dəqiq gitara ifaçısı olub. Dediyinə görə, əyləncə mərkəzlərində çalışırmış. İndi əsas işi döyüşmək olsa da, gitarası da yanındadır. Hətta həmin gün canlı bağlantım zamanı, sakitlikdən istifadə edib Mixailin gitarada ifa etdiyi musiqini də izləyicilərə təqdim etdim.

Rusiya ordusunun olduğu yerə mümkün qədər yaxınlaşmışdıq. Mixailin tələsdirməsinə baxmayaraq, fürsətdən istifadə edib daha çox görüntü əldə etmək istəyirdim. Rusiya ordusunun minaatanları ilə aramızda 2-3 yaşayış binası var idi. Ara-sıra atırdılar. Hətta, iki-üç nəfərlik diversiya qrupu ilə bizim olduğumuz istiqamətə doğru gəlməyə cəhd elədilər. Mixail deyir ki, bir gün əvvəl binaların birinin altında düzəltdikləri postda döyüş yoldaşını öldürmüşdülər. Diversantlar onun yuxuladığı yerdə boğazını kəsib, ətrafı da minalayıb gediblər.

Ərazidə texnikalar üçün nəzərdə tutulan minalardan başqa, piyada əleyhinə olan minalar da var idi. Bu, öldürücü olmasa da, şikəst edəcək gücə malik olan kiçik partlayıcılardır. Buna elə oradaca özüm şahid oldum.

Mixailin tələsdirməsinə baxmayaraq, dağılmış binaların arası ilə irəliləyərkən bloklara da daxil olurdum, sakinlərdən kimisə tapıb danışdırmaq istəyirdim.

Dağılmış evlərin xarabalığı və qırılmış ağaclar binaların həyətini cəngəlliyə çevirmişdi. Hərəkət etməyin çətinliyi ilə yanaşı, hər an minaya düşmək təhlükəsi məni gözləyirdi. Lakin, bura qədər gəlmişdimsə, məqsədimə çatmalı - çəkilişimi də etməli idim. Bu fikirlərlə dağıntılar arasından keçib növbəti bloka girmək istəyirdim ki, arxadan "dayan!" bağırtısı və havaya açılan dalbadal atəş səsi eşitdim. Əvvəlcə dondum qaldım. Sonra dönüb arxaya baxdım. Bu, Mixaildən arxada gələn digər ukraynalı hərbçi - Andrey idi:

"Tez geriyə! Amma ayaq qoyduğun yerlərlə..." - deyə, mənə tərəf qışqırdı. Təxminən 5-6 metr geri qayıdıb onunla Mixailin yanında dayandım.

- Siz axı niyə anlamırsınız ki, bura döyüş yeridir?! Diskotekada deyilsiniz, hər tərəf ölüm saçır burada!" - deyə, əsəbi halda 5-6 metr gedib, yerdən bir daş götürüb 3-4 metr irəli atdı və aşağı çökdü. Daş düşdüyü yerdə bayram fişəngi kimi partlayış oldu. Partlayan yerdə cırılıb dağılmış bir gödəkcə vardı. Sən demə onun altında "vzrıvçatka" deyilən kiçik mina varmış. Təmas xəttindən geri döndük. Heyfislənirdim ki, bu boyda rayondan bir nəfər belə yerli sakin tapa, danışdıra bilmədim. Heç kim yox idi. Amma elə özüm özümə də cavab verirdim: "Kim bu vəziyyətdə, atəş altında, minaların içində qalıb yaşayar axı?!"

İki bina keçib burulan kimi, növbəti binanın həyətində qarşımıza 5-6 nəfər yaşlı adam çıxdı. Mixail tanıdı, yerli sakinlərdən idi.

- Siz hələ buradasınız? Nə əcəb getməmisiniz?

- Hara gedək? Mənim anam getmək istəmir, mən də onu tək qoymuram. Bunlar da qonşu binaların sakinləridir. Bir yerdə, zirzəmidə yaşayırıq. Bura daha təhlükəsizdir..." - deyə, məlumat verən aralarındakı orta yaşlı kişi vəziyyəti qısa izah elədi.

Rayon ərazisində atışmalardan, zərbələrdən kommunal xətlər yerlə bir edildiyi üçün qaz, su, elektrik enerjisi yox idi. Dünənə qədər şərqi Avropanın qaynar şəhərinin sakinləri, bu gün burada sanki cəngəllikdə yaşayırdılar. Yeməklərini belə, həyətdə ocaq qalayıb hazırlayırdılar. Tərk edilmiş qonşu binalardan və ya mənzillərdən nə var toplayıb, istifadə edirdilər. Bunu görən kimi, 90-cı illərin əvvəlindəki Azərbaycanda cəbhəyanı kəndlərimizi, yaşayışımızı xatırladım...

Keçib onların arasındakı kötüyün üstündə oturdum. Fürsətdən istifadə edib reportaja başladım. Aralarında daha çox danışan, Tatyana adlı təxminən 45-50 yaşlı qadın idi. O da anası getmədiyi üçün, onunla qalmışdı. Ən maraqlısı da o idi ki, milliyyətcə rus idi. Deməyinə görə, valideynləri vaxtilə Rusiyanın Belqorod vilayətindən (Xarkovla sərhəd) gəliblər. Bir qədər söhbətdən sonra ortada düzəldilən masaya toplaşdıq. Ocaqda borş bişirmişdilər. Məni də qonaq etdilər. Bütöv günün gərginliyi dəhşəti aclıq yaratmışdı. Tatyana "bir dəqiqə" deyərək zirzəmiyə qaçdı və əlində çəkilmə araqla geri qayıtdı. Havaya dolan mərmi qoxusunun altında, ocaqda hazırlanmış borşun dadına bəlkə də ən bahalı restorandakı yeməklər çata bilməzdi həmin an.

Qonaqpərvərliklərinə görə təşəkkür edib, mənimlə gələn hərbçilərlə oradan ayrıldım. Rayonun arxa postunda məni gözləyən həmyerlim Ayətin avtomobilinə tərəf addımladıq. Təxminən 700-800 metr məsafə var idi. Posta yaxınlaşıb, Mixailgil və Andreylə vidalaşmaq istəyərkən arxadan qəfil bir gurultu qopdu. Dalğanın zərbəsindən hərə bir tərəfə yıxıldı. İçimdə zərbədən ağrı başladı. O an ağlıma gəldi ki, yerimizi bilib, bizi vurublar. Əlimlə bədənimi yoxladım qan və ya yara yox idi. Ətrafa baxdım, zərbə yeri də yox idi. Ayətin avtomobilinin şüşələri çiliklənmişdi. Qısa aradan sonra hamı bir-birini səsləyib ayağa qalxdı. Tez alışan yerə boylandıq. Bu, həmin həyət idi. Sakinlərlə oturduğumuz yer, ardıcıl artilleriya ilə vurulmuşdu. Taqətim kəsildi, dizi üstə oturdum. Özümdən asılı olmayaraq öyüməyə, qaytarmağa başladım...

Mübariz Aslanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:300
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri