Icma.az
close
up
RU
Minaların təmizlənməsi biosferə zərər vurulmasının qarşısını almaq üçün vacib ekoloji şərtdir AZƏRTAC

Minaların təmizlənməsi biosferə zərər vurulmasının qarşısını almaq üçün vacib ekoloji şərtdir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Dünya Ərzaq Mükafatı laureatı, “Sülhün Kökləri” təşkilatının təsisçisi Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Qarabağın təhlükəli mina sahələrinə səfər edərək mina probleminin təcili həllinə və bölgənin bir vaxtlar çiçəklənən üzümçülük sahələrinin bərpasına diqqət çəkməyə çalışıblar. Onlar “Minalardan üzümlüyə” şüarı ilə məhsuldar torpaqları minalardan təmizləyərək yenidən üzüm bağlarına çevirmək ideyasını qlobal səviyyədə yaymaq istəyirlər.

AZƏRTAC xəbər verir ki, qlobal liderlər Bakıda keçirilən COP29 iqlim konfransında toplandığı bir dövrdə H.Kuhn və U.Mirzəyev dünya ictimaiyyətinin diqqətini minaların iqlim dəyişikliyinə təsirinə yönəltməyə çalışıblar.

Qarabağın minalanmış əraziləri COP29 tədbirinin keçirildiyi Bakı Stadionundan cəmi üç saatlıq məsafədə yerləşir. Hansı ki, bu stadionda 200-ə yaxın ölkədən ümumilikdə 72 min nümayəndə toplaşıb. Bölgədə yerləşdirilmiş və hələ də gizli qalan təxminən 1,5 milyon mina icmalar və ətraf mühit üçün davamlı risklər yaradır. Təəssüf ki, 2020-ci ilin noyabrından indiyədək 382 nəfər günahsız Azərbaycan vətəndaşı minaların qurbanı olub.

“COP29-un əsas mövzusu “Yaşıl dünya naminə həmrəylikdir”. Lakin yaşıl dünyaya mina basdırılmış torpaqlarda və müharibənin qanlı izləri fermerlərin sahələrini becərməsinə mane olduğu halda nail olmaq mümkün deyil. Yaşıl dünyanın ilk addımı təhlükəsiz və məhsuldar torpaqdır. Lakin bu, nə münaqişə zamanı, nə də minaların mövcud olduğu yerlərdə reallaşa bilər. 2050-ci ilədək dünyada təxminən 10 milyard insan yaşayacaq və artan müharibələr nəticəsində həm torpaqda, həm də insan ruhunda səpilən bu terror toxumları gələcək nəsilləri qidalandırmağa mane olacaq”, - deyə H.Kuhn bildirib.

“Sülhün Kökləri” təşkilatı və BAMF dünya liderlərinə müraciət edərək, Azərbaycandakı bütün minaların təmizlənməsi üçün onları kampaniyaya təcili dəstək verməyə çağırır. Bu çağırışın COP29-un əhəmiyyətli irsi olaraq, kənd təsərrüfatı vasitəsilə sülhün bərpasına töhfə verəcəyinə ümidvarlıq ifadə edilib. Həmçinin bərpaedici kənd təsərrüfatı proqramının dünyada müharibədən zərər çəkmiş 60-dan çox ölkədə yerləşən və təxminən 110 milyon minanın basdırıldığı ərazilərdə tətbiqi mümkün ola bilər.

BAMF prezidenti Umud Mirzəyev vurğulayıb ki, minatəmizləmə səyləri baha başa gəlir və qabaqcıl texnologiya, ixtisaslı işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir. Təcili sərmayələr olmadan davam edən ekoloji tənəzzül biomüxtəlifliyi, təbii ekosistemləri və bu resurslardan asılı olan icmaların dolanışıq mənbələrini təhdid etməyə davam edəcək. Minaların təmizlənməsinin sürətini artırmaq təkcə humanitar zərurət deyil, həm də planetimizin biosferinə gələcək zərərin qarşısını almaq üçün ekoloji vacib şərtdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri