Icma.az
close
up
RU
Ekspertdən paytaxtda piyadaların vurulmasının qarşısını almaq üçün vacib TƏKLİFLƏR

Ekspertdən paytaxtda piyadaların vurulmasının qarşısını almaq üçün vacib TƏKLİFLƏR

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Son zamanlar paytaxtda piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. 

Bu kimi hadisələrin azalması və ya qarşısının tamamilə alınması üçün hansı tədbirlərə əl atmaq lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, piyada vurulma halları ciddi təhlil olunmalıdır və səbəbləri müəyyən olunmalıdır:

"Birincisi, niyə piyadalarımız bu yerlərdən keçir, bu vərdiş haradan formalaşır? Sualımızın ilk hissəsinə buaradn başlayaq ki, piyadalarımızın yolu varmı? Şəhərin küçələri magistral şosse deyil. Şəhər küçələri çoxfunksionallı olmalıdır. Hərəkət iştirakçıları üçün əlçatan və bariyersiz, davamlı olmalıdır. İlk olaraq şəhər daxilindən danışaq. Şəhər daxilindəki sərhədlərimiz Zığ dairəsindən, Bibiheybət tərəfləri və üst şimal sərhədlərimiz də "20 Yanvar", Biləcəri və Koroğluya qədərdir. Bu sərhədlər daxilində piyadaların hərəkəti hansı səviyyədədir? Küçələrdə piyadalar əvvəldən sona qədər hərəkət edə bilirmi? Piyadalar küçənin bir tərəfindən digər tərəfinə rahat keçə bilirmi? Eyni səviyyəli işıqforla nizamlanan zebralarımız yetəri qədərdirmi? Bu olmadığı təqdirdə və piyada səkilərində fərqli-fərqli maneələr varsa, hər hansısa köşk qoyulub, köşkün soyuducuları yolu zəbt edirsə, hər hansısa reklam qurulub, nişan qoyulub, bunlar problem yaradır".

Ekspert qeyd etdi ki, səki dardırsa, ağac mane olursa, səkidə maşın park edilibsə, piyada davranışları buna əsasən xaotik olacaq:

"Piyada öz yolu ilə getməli olduğu halda, məcburi şəkildə yolun hərəkət hissəsinə keçəcək. Yolun hərəkət hissəsinə keçdikdə həm öz həyatını təhlükəyə atacaq, həm də maşınların hərəkətində problemlər yaradacaq. Piyada küçə ilə gedirsə, yolun bir tərəfində dayanacağa çatmaq üçün keçir, bu, qısa məsafə olmalıdır. Uzun məsafə qət edib, yeraltı, yerüstü keçidə getməməlidir. İşıqforla nizamlanan rahat keçidləri olmalıdır. Əhalimizin 37 faizi az mobillidir: qocalar, uşaqlar, uşaqlı valideynlər, əlil və uşaq arabası ilə hərəkət edənlərdir. Əlillər üçün də xüsusi tədbirlər nəzərdə tutulmalıdır. Gözdən əlillər üçün işıqforda səsləndirmə olmalıdır. Bunlar nəzərə alınmalıdır. Şəhər sadəcə avtomobil sürənlərin deyil. Müasir şəhərlərdə avtomobil prioritetlər üzrə ən sonuncu yerdədir. Bakıda son illər prioritetlər fərqli olubsa, bunun mənfi fəsadın hiss edirik. Ümumi müasir şəhərlərdə birinci yerdə piyadalardır. Sonra mikro mobilik, ictimai nəqliyyat, ən sonuncu yerdə isə fərdi nəqliyyatdır. İki zolaqdan artıq ola küçə, prospektlərimizdə "Təhlükəsizlik adacığ"ı qurulmalıdır.

Küçə boyu ticarət, iaşə obyektləri terraslar çıxarırsa bufer zonanı keçməmək şərtiylə bunu etməlidir. İnsanların hərəkət etdiyi zonada heç bir maneə olmamalıdır. Keçidlər elə qurulmalıdır ki, insanlar rahat heç kimin köməyi olmadan istifadə edə bilsinlər. Biz bunları düzəltmədən "piyada ölümləri artır" deyə bilmərik. Bunların səbəbləri araşdırılmalıdır. Bu məsələlər şəhərin daxilinə aiddir".

Rauf Ağamirzəyev əlavə etdi ki, şəhərin xaricində isə müxtəlif səviyyəli, əlçatan keçidlər qurulmalıdır:

"Əgər şosse yoludursa və bu daha sürətli yoldursa, bu ərazilərdə bacardıqca pilləsiz keçidlər qurulmalıdır. Yaşayış məntəqəsinin bir tərəfindən digər tərəfinə keçən insanlar, velosipedlə, əlil arabası ilə, yük ilə belə olsa, heç kim kömək etmədən istifadə edə bilməlidir. Eskalatorlar qurulur, amma onların xidməti yaxşı səviyyədə deyil. Bunlar xarab olur, xarab olduqdan sonra isə uzun müddət işləmir. Bu hallar insanlarda tamam yalnış vərdişlər formalaşdırır. Vəziyyət elə qurulmalıdır ki, insanlar özləri rahat hərəkət edə bilsinlər. Həm funksional, müəssər, bariyersiz, həmçinin təhlükəsizliyi təmin etsin. Bu məsələlər bir-birinə bağlıdır. Əgər biz bu məsələni qaldırırıqsa, bu haqda praktiki material hazırlanmalıdır.

Jurnalistlərimiz yaşayış yerində çıxıb dayanacağa qədər qət etdikləri yolu göstərsinlər. Keçidə keçmək üçün hansı problemlər var, bariyerlər nə qədərdir. Bu insanlar üçün rahat deyilsə, onlar rahat yol axtaracaqlar. Necə ki, sürücülər rəvan yolda hərəkət edirsə, eyniylə piyadaların səkiləri baryersiz, rəvan və qısa məsafədən keçidləri olmalıdır. Avtomobildən baxıb fikir bildirməkdənsə, piyada o yolu qət edib, o problemləri praktiki olaraq görmək lazımdır. Bunların həll yolları tapılmalıdır. Hər dəfə qeyd olunur ki, piyada qəzaları baş verir. Səbəblər isə sürət və infrastrukturdur. Bunları praktiki görüb, dilə gətirmədən həll yolu tapıla bilməz.

Bu illər ərzində önəmli qərarlar verildi. Sürət həddinin azaldılması ilə bağlı verilən qərarları düzgün hesab edirəm. Şəhər daxilində sürət aşağı olmalıdır. Cərimələr artırıldı, bu da doğru qərardır, amma davamı gəlmədi. Bu, müəyyən layihələrdə öz əksini tapdı. Zolağı ensizləşdirib, iki zolağdan artıq olan küçə, prospektlərimizdə təhlükəsizlik təmin edilməlidir. İşıqlandırma mütləq şəkildə qurulmalıdır. Sürücü piyada həssaslığı olan ərazilərdə sürət mövzusunda diqqətli olmalıdır. İstəsə belə, həmin ərazilərdə sürətli sürə bilməsin. Məktəb, bağça qarşısında "Berlin yastığı" qurulmalıdır".

Bunlar isə sürətin qarşısını alacaq. Müasir dünyanın həll yollarına müraciət etməliyik. Piyada yol hərəkəti iştirakçıları arasında ən qorunmayan üzvüdür. Onun qorunması üçün dünyanın keçdiyi yolu biz də keçməliyik".

Ekspertin sözlərinə görə, dünyada "Vizyon Zero" konsepsiyası var.

"Ölüm hallarına sıfır dözümlülük siyasəti. Bu konsepsiyaya görə insan səhv edə bilər. Hədəf odur ki, bu səhv nəticəsində digər şəxs ölməməlidir. Qəzanın nəticəsinə təsir edəcək qərarlar verilməlidir. Ya qəzanın nəticəsi ölümdür, - bu hal-hazırda bizdə olan vəziyyətdir,  - yaxud yüngül xəsarət və maddi ziyandır. Qəzalar dünyanın hər yerində baş verən hadisələrdir. Əsas məsələ isə o qəzaların nəticələridir. Bu nəticələr üçün isə biz həllər təklif etməliyik ki, insanlarımız yolda ölməsin. Piyadalar icazə verilməyən yerdən kütləvi şəkildə keçirsə, deməli, keçid yaratmaqla bu məsələni həll etmək olar", - deyə Rauf Ağamirzəyev vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Fevral 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri