Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb

Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Mingəçevir Dövlət Universiteti beynəlxalq ali təhsil məkanında növbəti mühüm nailiyyətə imza atıb. Universitet UI GreenMetric Sustainable University Rankings 2026 nəticələrinə əsasən dünya üzrə 6937 balla 514-cü yer tutmaqla yanaşı, Azərbaycan üzrə 6-cı yerdə qərarlaşıb.

Nəticələr 2026-cı ilin 24 sentyabr tarixində Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyi ilə keçirilən “UI GreenMetric Sustainable University Rankings 2026 Results & Awards Ceremony” çərçivəsində rəsmən elan olunub. MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə universiteti təmsil edib.

Mükafatlandırma mərasimində Azərbaycanın UI GreenMetric 2026 üzrə ən yüksək nəticə göstərən ali təhsil müəssisələrinin yekun mövqeləri açıqlanıb. Mingəçevir Dövlət Universitetinin dünya üzrə 6937 balla 514-cü, ölkə üzrə isə 6-cı yerə yüksəlməsi universitetin dayanıqlı inkişaf, ekoloji məsuliyyət, yaşıl kampus yanaşması və resursların səmərəli idarə olunması istiqamətində həyata keçirdiyi sistemli fəaliyyətin mühüm nəticələrindən biri olub.

Bu nəticəni xüsusi əhəmiyyətli edən məqamlardan biri MDU-nun paytaxtdan kənarda yerləşən universitetlər arasında Azərbaycanın ilk onluğunda yer alan yeganə ali təhsil müəssisəsi olmasıdır. Bununla da MDU region universitetləri arasında dayanıqlılıq və “yaşıl universitet” gündəliyi üzrə mövqeyini daha da gücləndirib.

Tədbirin əhəmiyyətini artıran digər mühüm məqam isə Azərbaycanın ilk dəfə UI GreenMetric Sustainable University Rankings nəticələrinin elan olunması və mükafatlandırma mərasiminə ev sahibliyi etməsi olub. 23–25 sentyabr tarixlərini əhatə edən beynəlxalq tədbirdə müxtəlif ölkələrdən universitet rəhbərləri, akademiklər və dayanıqlılıq üzrə ekspertlər iştirak edib. Proqram çərçivəsində dayanıqlı universitet idarəçiliyi, iqlim məsuliyyəti, yaşıl kampus, su və enerji resurslarının idarə olunması, rəqəmsal dayanıqlılıq və digər aktual istiqamətlər üzrə panel müzakirələri, vorkşoplar və elmi sessiyalar keçirilib.
Qeyd edək ki, UI GreenMetric 2026-da dünya üzrə 6937 balla 514-cü və ölkə üzrə 6-cı yerin əldə olunması Mingəçevir Dövlət Universitetinin dayanıqlı inkişaf prinsiplərini universitet idarəçiliyinin və kampus həyatının mühüm istiqamətlərindən birinə çevirməsinin, eyni zamanda beynəlxalq reytinqlərdə mövqeyini ardıcıl şəkildə gücləndirməsinin növbəti göstəricisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Sentyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri