Mingəçevir su anbarında balıqçı BOĞULDU
Icma.az, Lent az saytına istinadən bildirir.
Mingəçevir su anbarında balıqçı boğulub.
Lent.az-ın xəbərinə görə, hadisə su anbarının Samux rayonu ərazisinə düşən hissəsində, Alazan çayının yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, Yevlax rayonu, Xanabad kənd sakini, 65 yaşlı Kərimov Xaləddin Sabir oğlu avqustun 26-da balıq tutmaq üçün qayıqla suya girib. Lakin ehtiyatsızlıqdan yıxılaraq, suya düşərək boğulub.
Dalğıclar tərəfindən aparılan axtarışlar nəticəsində onun meyiti 2 gün sonra, avqustun 28-də həmi ərazidə tapılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:44
Bu xəbər 29 Avqust 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















