Icma.az
close
up
RU
Mingəçevir V “Cyber Summer School 2026” ya ev sahibliyi edir

Mingəçevir V “Cyber Summer School 2026” ya ev sahibliyi edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Mingəçevir, 6 iyul, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən ənənəvi olaraq təşkil edilən kiber yay düşərgəsinin budəfəki ünvanı Mingəçevir şəhəridir.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, iyulun 6-dan 11-dək davam edəcək V “Cyber Summer School 2026” (CSS-2026) Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi, Gənclər və İdman Nazirliyi və Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə təşkil olunub.

İlk dəfə regionda keçirilən “Cyber Summer School 2026”nın açılış mərasimi Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşıb. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb, Dövlət Himni səsləndirilib. Sonra "Cyber Summer School" layihəsi barədə hazırlanmış video-çarx nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Pənah Musayev bildirib ki, artıq beşinci dəfə təşkil olunan düşərgənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ilkin bilik və bacarıqlara malik yeniyetmə və gənclərin peşəkar inkişafına dəstək göstərmək, onların praktiki təcrübəsini artırmaq, xüsusilə regiondan olan gənclər üçün təhsil imkanlarının artırılmasına töhfə verməkdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov diqqətə çatdırıb ki, ölkənin kibertəhlükəsizlik sahəsində nüfuzlu inkişaf platformalarından birinə çevrilən "Cyber Summer School" hər il istedadlı gəncləri bir araya gətirərək onların peşəkar inkişafına, yeni əməkdaşlıqların qurulmasına və milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə mühüm töhfə verir. O da vurğulanıb ki, bu layihə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) “Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024” beynəlxalq müsabiqəsində “Kibertəhlükəsizlikdə İnnovasiya – Tərəqqi və Rifah Naminə” nominasiyası üzrə qalib olub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da kiber yay düşərgəsinin əhəmiyyətindən söz açıb. Layihənin Azərbaycanda kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşdırılması, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də regionlarda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi baxımından əvəzsiz olduğunu diqqətə çatdırıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva yeniyetmə və gənclər arasında kibersavadlılığın artırılmasının müasir dövrün tələbi olduğunu qeyd edib.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov da düşərgə çərçivəsində Azərbaycanın 60 şəhər və rayonundan seçilmiş 100-dən artıq yeniyetmənin və AKTA-nın təşəbbüsü ilə universitetlərdə yaradılmış Kiber Klub üzvlərinin bir araya gələrək, kibertəhlükəsizlik sahəsində nəzəri biliklərini artırmaqla yanaşı, praktiki bacarıqlarını da inkişaf etdirmək imkanı əldə etməsini yüksək dəyərləndirib.

Kiber yay düşərgəsi barədə AZƏRTAC-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov bildirib ki, "Cyber Summer School 2026" yalnız tədris proqramı ilə məhdudlaşmır. Düşərgə müddətində iştirakçıların komanda ruhunun gücləndirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi, sağlam həyat tərzinin təşviqi və gənclər arasında əməkdaşlıq mühitinin formalaşdırılması məqsədilə voleybol yarışları, beynəlxalq standartlara uyğun velotur və müxtəlif komanda əsaslı sosial fəaliyyətlər həyata keçiriləcək. "İştirakçılar üçün şəbəkə və veb təhlükəsizliyi, kibermüdafiə üsulları, rəqəmsal təhlükələrin aşkarlanması və qarşısının alınması, eləcə də kibertəhlükəsizlik üzrə digər aktual istiqamətləri əhatə edən intensiv təlimlər, laboratoriya məşğələləri, komanda tapşırıqları təşkil olunacaq. Təlim proqramının yekununda iştirakçılar əldə etdikləri nəzəri və praktiki bilik və bacarıqları “Capture The Flag” (CTF) kibertəhlükəsizlik yarışında real tapşırıqlar üzərində sınayacaqlar. CTF yarışının qaliblərinə tədbirin sponsor şirkətlərinin hədiyyələri təqdim olunacaq", - deyə Rauf Cabarov qeyd edib.

İştirakçılar CSS çərçivəsində Mingəçevir İstilik Elektrik Stansiyası və Mərkəzi Aran Regional SCADA idarəetmə mərkəzinə infotur edərək maraqlı təcrübə qazanacaq və SCADA sistemlərinə dair təlimdə iştirak edəcəklər.

Müxbir – Vüsalə Cənnətova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri