Icma.az
close
up
RU
Mingəçevirdə 23 ölkənin iştirakı ilə beynəlxalq elmi konfrans işə başlayıb

Mingəçevirdə 23 ölkənin iştirakı ilə beynəlxalq elmi konfrans işə başlayıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevir, 18 may, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti və Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə “Dil, təhsil, tədqiqat və dayanıqlılıq sahəsində müasir problemlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Konfransın açılış mərasimi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə Milli Məclisin deputatları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, YAP-ın Mingəçevir şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın, eləcə də 23 ölkəni təmsil edən ali təhsil və tədqiqat institutlarının nümayəndələri, ziyalılar, dilçi alimlər, müəllimlər və tələbələr iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra “Dil sərhəd tanımır” adlı kitab sərgisinə baxış keçirilib. Sərgidə MDU-nun alimlərinin, ölkənin müxtəlif elmi mərkəzlərinin və nəşriyyatların dilçilik sahəsində çap olunmuş elmi əsərləri, monoqrafiyalar və tədris vəsaitləri nümayiş olunub.

Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. MDU-nun rektoru Anar Eminov çıxışında dil, təhsil və tədqiqat sahələrinin qarşılıqlı əlaqəsinin müasir dövrdə bilikli cəmiyyətin formalaşmasında əsas dayaqlardan biri olduğuna diqqət çəkib. O, konfransın beynəlxalq miqyasını xüsusi qeyd edərək bildirib ki, 23 ölkədən 77 ali təhsil və tədqiqat institutunu təmsil edən alimlər tərəfindən 545-dən çox məqalə və tezis təqdim olunub. Bu göstərici elmi əməkdaşlığın genişlənməsi, bilik mübadiləsinin gücləndirilməsi və yeni akademik platformaların formalaşması baxımından mühüm nəticədir.

Rektor konfransın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmasının simvolik və elmi baxımdan böyük əhəmiyyət daşıdığını da qeyd edib. Eyni zamanda, tədbirin ilk panelinin Azərbaycan dilçilik elminə böyük töhfələr verən professor Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunduğu diqqətə çatdırılıb.

Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mədəni identikliyin və tarixi varisliyin əsas daşıyıcısı olduğunu vurğulayıb. Bildirib ki, dilçilik elmi bu gün yalnız nəzəri çərçivələrlə məhdudlaşmır, eyni zamanda təhsil siyasəti, sosial kommunikasiya, rəqəmsal texnologiyalar və multikultural mühit kontekstində yeni tədqiqat istiqamətləri formalaşdırır. Bu baxımdan, belə beynəlxalq platformalar müxtəlif elmi məktəblər arasında dialoqun qurulmasına, ortaq terminoloji və metodoloji yanaşmaların formalaşdırılmasına və xüsusilə gənc tədqiqatçıların elmi mühitə inteqrasiyasına mühüm töhfə verir. O, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunmasının yalnız tarixi hadisə deyil, həm də müasir türkoloji tədqiqatların inkişafına yeni baxış bucağı gətirdiyini də vurğulayıb.

Konfransın davamında MDU-nun rektoru Anar Eminova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomu və “Şərəf ordeni” təqdim olunub.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop çıxış edərək ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın ortaq tarixi, dil və mədəni köklərə əsaslandığını bildirib. O, belə beynəlxalq konfransların yalnız akademik mübadilə platforması deyil, eyni zamanda, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın humanitar ölçüdə daha da dərinləşməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxışında müasir dövrdə elmi biliklərin qorunması, sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılmasında kitabxanaların rolunu xüsusi vurğulayıb. Bildirib ki, rəqəmsallaşma şəraitində kitabxanalar artıq yalnız informasiya mənbəyi deyil, həm də elmi kommunikasiya mərkəzləri kimi çıxış edir. Afət Abbasova konfransın mövzusunun bu baxımdan aktual olduğunu qeyd edərək, dil, təhsil və tədqiqat sahələrinin inteqrasiyasının bilik iqtisadiyyatının inkişafında mühüm rol oynadığını bildirib.

Milli Məclisin deputatı Elnarə Akimova vurğulayıb ki, ədəbiyyat, dil və milli identiklik bir-biri ilə sıx bağlı anlayışlardır və bu sahələrdə aparılan elmi tədqiqatlar cəmiyyətin mənəvi inkişafına birbaşa təsir göstərir.

Konfrans “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Dokuz Eylül Universitetindən Murat Atanın çıxışları ilə davam etdirilib.

Sonra beynəlxalq konfransın təşkilinə və elmi əməkdaşlığın inkişafına verdikləri töhfələrə görə bir qrup iştirakçı və əməkdaş təltif olunub.

Tədbir bədii hissə ilə davam edib. Konfrans işini mayın 19-da davam etdirəcək.

Müxbir – Vüsalə Cənnətova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri