Minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəranda təşkil edilən yarışın üçüncü günündə 5 oyun keçirilib.
Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar. Finala vəsiqə uğrunda “Lənkəran” – “Gəncə” ilə, “Sumqayıt” isə “Bərdə” ilə qarşılaşacaq.
Yarımfinal mərhələsinin qarşılaşmaları bu gün keçiriləcək.
Qeyd edək ki, Respublika turnirinə sabah yekun vurulacaq.

Güləş üzrə Respublika turnirinə yekun vurulub
29 Aprel 2025 17:36
Stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub
08 Mart 2025 20:07
Minifutbol turnirinin qalibi müəyyənləşdi
06 May 2025 20:15
Minifutbol turnirinin püşkü atılıb FOTO
07 May 2025 17:59
Futzal üzrə Azərbaycan Tələbə Liqasında qrup mərhələsinə yekun vurulub
21 Aprel 2025 13:40

