Minlərlə amerikalının məlumatı Kremlə ötürülür Ağ Evdə böyük fiasko
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağ Evin yeni tətbiqində ciddi kibertəhlükəsizlik zəifliyi aşkar olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Kibertəhlükəsizlik tədqiqatçıları və keçmiş FBI kəşfiyyat analitikləri tətbiqin istifadəçilərin IP ünvanlarını, şəxsi məlumatlarını üçüncü tərəf xidmətləri ilə paylaşdığını aşkar ediblər.
Proqramın məxfilik bəyannaməsində “məlumat toplanmır” iddiasına baxmayaraq, arxa planda xeyli miqdarda informasiya trafiki ortaya çıxıb.
“NOTUS” şirkətinin araşdırmasına əsasən, tətbiq Rusiyada yerləşən “Elfsight” şirkətinin kodundan istifadə edirmiş.
Medianın məlumatına görə, bəzi Ağ Ev işçilərinin şəxsi məlumatları bu Rusiya proqramı vasitəsilə ictimaiyyətə açıqlandıqda qalmaqal daha da dərinləşib. Bildirilib ki, Ağ Ev təhlükəsizlik standartlarını gözardı edib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evin mobil tətbiqini təqdim edib. O bildirib ki, bu proqram vasitəsilə Ağ Evdə baş verən yeniliklərdən agah olmaq olar.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:134
Bu xəbər 07 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















