Minlərlə dinozavrın ayaq izi tapıldı: 200 milyon ildən çox yaşı var FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın şimalındakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu təxmin edilən minlərlə dinozavrın ayaq izi aşkar edilib.
Bizim.Media xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, izlər sentyabr ayında təbiət fotoqrafı tərəfindən aşkar edilib və ilk dəfə bu gün keçirilən mətbuat konfransında ictimaiyyətlə paylaşılıb.
Yüzlərlə metr uzanan bu izlərin 200 milyon ildən çox yaşı olduğu təxmin edilir. Yüksək hündürlükdə yerləşməsinə baxmayaraq, bu qalıqlar yaxşı qorunub saxlanılıb və barmaq ilə caynaq izləri aydın görünür.
Onun "prosauropod" növü olduğu düşünülür.
Şəkillərin ilkin təhlilləri göstərir ki, izlər Trias dövrünün sonlarında yaşamış uzunboyunlu, kiçik başlı ot yeyən "prosauropod" dinozavrlarına aid ola bilər. Milandakı Təbiət Tarixi Muzeyi və İtaliyadakı Berqamo Universiteti də izlərin aşkar edildiyi ərazini "Avropa qitəsində tapılan Trias dövrünə aid ən vacib fosil yeri" kimi təsvir edib.
Qeyd edilib ki, əraziyə piyada getmək mümkün olmadığı üçün izlərin daha əhatəli araşdırılması üçün pilotsuz uçuş aparatları və məsafədən zondlama texnologiyalarından istifadə olunacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Dekabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















