Icma.az
close
up
RU
Minsk Şərqə meyillənir

Minsk Şərqə meyillənir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinlə strateji əməkdaşlıq Belarusun Avrasiyadakı mövqeyini gücləndirir

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Pekinə səfəri və Çin Sədri Si Cinpin ilə görüşməsi Minskin geosiyasi istiqamətini qəti şəkildə Şərqə tərəf yönəltdiyini nümayiş etdirir. Görüş zamanı səsləndirilən bəyanatlar, xüsusən ikitərəfli münasibətlərin tarixi zirvə nöqtəsinə çatması barədə rəsmi rəylər maraq doğurub.

Mərkəzi və Şərqi Avropada artan gərginlik, Qərbin tətbiq etdiyi sanksiyalar və təzyiqlər fonunda Belarus xarici siyasətində fərqli təhlükəsizlik alternativləri axtarmaq məcburiyyətində qalıb. Siyasi təcrid cəhdləri qarşısında Minskin yeganə çıxış yolu kimi Pekin ilə müttəfiqlik əlaqələrini gücləndirməyi seçməsi təsadüfi hesab edilə bilməz. Çin Sədri Si Cinpinin bəyan etdiyi kimi, tərəflər arasında qurulan qarşılıqlı etimad beynəlxalq gərginliyin ən ağır sınaqlarından uğurla keçib. Hazırkı tərəfdaşlıq formatı qlobal güc rəqabətində tərəflərin qarşılıqlı şəkildə mövqelərini möhkəmləndirməyə xidmət edir. Pekinin Minskə verdiyi siyasi dəstək, Belarusun daxili və xarici siyasətində suverenliyini qorumaq baxımından həlledici amil rolunu oynayır.

Belarus prezidentinin Asiya turnesinin Çindən başlaması Şərq vektorunun rəsmi Minsk üçün prioritet xarakter daşıdığını təsdiqləyir. Aleksandr Lukaşenkonun bu diplomatik gedişi yalnız ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədi daşımır, həm də qlobal müstəvidə yeni tərəfdaşlıq şəbəkəsinin qurulmasına hədəflənir. Çinin təklif etdiyi beynəlxalq təşəbbüslər və təhlükəsizlik konsepsiyaları Belarus tərəfindən tam dəstəklənir. Sözügedən çərçivədə rəsmi Minskin Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilməsi və BRICS platforması ilə tərəfdaşlıq əlaqələrini dərinləşdirməsi siyasi reorientasiyanın institusional əsaslarını formalaşdırır. Qeyd edilən proseslər Belarusun Avropa qitəsindəki təcrid olunma təhlükəsini aradan qaldırır və dövlətin beynəlxalq arenada manevr imkanlarını genişləndirir.

Belarus liderinin Pekinə səfəri Valdayda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi intensiv məsləhətləşmələrdən dərhal sonra reallaşıb. Həmin ardıcıllıq Moskva və Minskin xarici siyasət addımlarını sıx şəkildə əlaqələndirdiyini nümayiş etdirir. Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyan Belarus, eyni zamanda, Çin kimi qlobal fövqəldövlətlə bilavasitə strateji xətt quraraq tarazlıq yaratmağa çalışır. Çin rəhbərliyi isə Şərqi Avropadakı müttəfiqinin suverenliyini və müstəqilliyini dəstəkləyərək, regionda Qərbin birtərəfli təsir imkanlarını məhdudlaşdırmağı hədəfləyir.

* * *

Çin diplomatiyasında “hər cür hava şəraitində hərtərəfli strateji tərəfdaşlıq” statusu müstəsna əhəmiyyət kəsb edir. Pekin dövlətlərlə münasibətləri kateqoriyalara ayırarkən həmin ifadəni yalnız xüsusi etimada malik, qlobal fırtınalarda sadiqliyini sübut edən ölkələrə şamil edir. Belarusun həmin statusa layiq görülməsi Çinin regionda uzunmüddətli geosiyasi hesablamalarından xəbər verir. Si Cinpinin qeyd etdiyi kimi, Belarus–Çin əməkdaşlığı zamanla ayaqlaşır, daim inkişaf edir və beynəlxalq dəyişikliklərdən asılı olmayaraq möhkəmlənir. Sözügedən yanaşma Çinin Avrasiya siyasətində Şərqi Avropa qapısı rolunu oynayan Belarusun strateji mövqeyini yüksək qiymətləndirdiyini nümayiş etdirir.

Tarixi nöqteyi-nəzərdən rəsmi Minsk uzun illər həm Şərq, həm də Qərb arasında tarazlıq saxlamağa yönələn vektorlu siyasət yürütməyə çalışırdı. Lakin son illər baş verən qlobal qarşıdurma və Qərb dövlətləri ilə münasibətlərin qırılması Belarus dövlətini xarici siyasətində seçim etmək məqamı ilə üz-üzə qoydu. Belə çətin geosiyasi mühitdə Asiyaya yönəlmək, sadəcə, iqtisadi tərəfdaşlıq axtarışı sayılmır, qeyd edilən strateji gediş dövlətin siyasi gələcəyini təminat altına almaq məqsədi daşıyır. Aleksandr Lukaşenkonun Çinə budəfəki səfəri ölkənin beynəlxalq təcrid cəhdlərini sındırmaq və Avrasiyanın formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasında layiqli yer tutmaq niyyətini ortaya qoyur.

Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsində Belarus mühüm tranzit və logistika mərkəzi hesab olunur. Lakin hazırda məsələnin siyasi tərəfi daha qabarıq görünür. Belarusun Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvünə çevrilməsi, Pekinlə Minsk arasında təhlükəsizlik sahəsindəki koordinasiyanı yüksək səviyyəyə çatdırıb. Pekin tərəfindən idarə olunan regional platformalar Belarusa Qərbin təzyiqlərinə qarşı kollektiv müdafiə strukturu qazanmaq imkanı verir. ŞƏT çərçivəsində fəaliyyət Minskin qeyri-Qərb dünyası ilə siyasi əlaqələrini institusionallaşdırır və dövlətin suveren hüquqlarının beynəlxalq müstəvidə qorunmasına əlavə təminatlar qazandırır.

Şərqi Avropada formalaşan Çin-Belarus ittifaqı, təbii ki, Qərb gücləri, xüsusən Şimali Atlantika Alyansı tərəfindən ciddi narahatlıqla qarşılanır. Belarusun NATO-nun şərq sərhədində yerləşməsi və eyni zamanda, nüvə potensialına malik Rusiya ilə vahid ittifaq dövləti təşkil etməsi geosiyasi gərginliyi artıran başlıca amillərdəndir. Belə şəraitdə rəsmi Minskin Çin ilə hərbi-siyasi əlaqələrini dərinləşdirməsi alyansın şərq cinahında güc balansının dəyişməsi kimi qiymətləndirilir. Bu vəziyyət NATO-nun strateji planlarında Belarus amilinə daha çox diqqət yetirməsini zəruri edir. Çin rəhbərliyinin isə hegemonluq və hədə-qorxu siyasətinə qarşı Belarus ilə çiyin-çiyinə dayanacağını bəyan etməsi Şərqi Avropadakı qarşıdurmanın artıq qlobal xarakter aldığını göstərir.

Çin və Belarus rəhbərlərinin görüşündə səslənən “çoxşaxəli və zamanla ayaqlaşan əməkdaşlıq” bəyanatı hər iki dövlətin qlobal idarəçilikdə fərqli baxış bucağına sahib olduğunu təsdiqləyir. Pekin və Minsk mövcud qlobal institutların fəaliyyətində islahatların aparılmasını, inkişaf etməkdə olan ölkələrin səs hüququnun artırılmasını vacib sayır. Həmin yanaşma, Qərb mərkəzli beynəlxalq sistemin alternativi kimi çıxış edən yeni nizamın konturlarını cızır. Si Cinpin rəsmi Minskin müstəqil inkişaf yolunu və daxili işlərinə xarici müdaxilələrin qarşısının alınmasını dəstəklədiyini ifadə edib. Bu dəstək Belarusun daxili siyasi sabitliyini təmin etmək və suveren dövlət institutlarını qorumaq üçün böyük əhəmiyyətə malikdir. Müttəfiqlərin qlobal müstəvidə sıx təmasda olması, onların beynəlxalq təşəbbüslərində və beynəlxalq təşəbbüs platformalarında qarşılıqlı dəstək nümayiş etdirməsinə imkan yaradır.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Pekinə səfəri və Çin Sədri Si Cinpin ilə apardığı müzakirələr Avrasiyanın geosiyasi xəritəsində formalaşan yeni reallıqların növbəti təsdiqidir. Münasibətlərin tarixi zirvəyə çatması rəsmi Minskin xarici siyasətində Şərq və Asiya istiqamətinin prioritet olduğunun əlamətidir. Qərb sanksiyalarının və təcrid siyasətinin yaratdığı çətinliklər Belarusu Çin kimi nəhəng güclə uzunmüddətli strateji tərəfdaşlığı dərinləşdirməyə sövq edib. Hazırkı əməkdaşlıq təkcə iki ölkənin regional maraqlarına xidmət etmir, həm də qlobal miqyasda çoxqütblü beynəlxalq nizamın formalaşmasına töhfə verən amillərdən biridir. Eyni zamanda, Prezident Lukaşenko Pekində keçirdiyi görüşlər zamanı Belarusun müharibə tərəfdarı olmadığını, ölkəsinin dialoq, sabitlik və sülh yolu ilə inkişafın tərəfdarı olduğunu vurğulayaraq bildirib ki, Minsk bütün mübahisələrin danışıqlar və qarşılıqlı hörmət əsasında həll edilməsinin tərəfdarıdır. Bu yanaşma Belarusun regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədinə xidmət etdiyini göstərir.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri