MİQ sisteminə ödəniş modulu əlavə olunur
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bununla bağlı müvafiq prosedur tamamlanıb.
Plana əsasən, müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək, operatorluq və sistemlərin modernləşdirilməsi nəzərdə tutulur.
Həmçinin sertifikatlaşdırma sistemlərinin funksional imkanlarının genişləndirilməsi və optimallaşdırılması, müsabiqə zamanı vakansiya sisteminə texniki dəstək və operatorluq xidməti və s. xidmətlər göstəriləcək.
Layihənin ümumi dəyəri 513 min 827 manatdır.
Bu yeni ödəniş modulu MİQ prosesində hansı yenilikləri gətirəcək?Bu barədə Bizimyol.info xəbər portalına danışan təhsil eksperti, dosent İlham Əhmədov bildirib: “Yenilik yalnız ödəniş modulunun tətbiqi ilə bağlıdır. Sistemdən istifadə qaydası saytda mövcuddur və orada necə istifadə edilməsi barədə məlumat verilib. Bu modul göstərilən xidmətlər üzrə ödənişlərin qəbulunu təmin edir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 İyun 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















