Miqrantların uşaqları arasında rus dilini bilmə səviyyəsi təhsil proqramlarının mənimsənilməsi tələblərinə cavab verməlidir AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Moskva, 23 yanvar, AZƏRTAC
Miqrant uşaqların məktəblərə qəbul olunmazdan əvvəl sınaqdan keçirilməsi üçün rus dilini bilmə səviyyəsi təhsil proqramlarının mənimsənilməsi tələblərinə cavab verməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyi məlumat yayıb.
Cari il aprelin 1-dən Rusiyada miqrantların uşaqları məktəbə qəbul olunmazdan əvvəl rus dilindən məcburi sınaq imtahanı tətbiq ediləcək. Nazirlikdən qeyd edilib ki, dil bilmə səviyyəsi təhsil proqramlarının mənimsənilməsi üçün tələblərə cavab verməlidir.
Testləşmə dövlət və ya bələdiyyə təhsil müəssisələrində aparılacaq, metodiki materialların hazırlanmasına Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) cavabdehdir. Dil bacarıqlarının yoxlanılması ilə yanaşı, qeydiyyatdan əvvəl uşağın Rusiyada qanuni mövcudluğu da qiymətləndiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Yanvar 2025 03:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















