Icma.az
close
up
RU
Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir

Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Miqren ən geniş yayılmış nevroloji xəstəliklərdən biridir və təkrarlanan şiddətli baş ağrısı tutmaları ilə xarakterizə olunur.

AZXEBER.COM xəbər verir ki, bu ağrı çox zaman pasiyentin gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, iş qabiliyyətini aşağı salır və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Miqrenin vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir. 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə miqren xəstəliyinin diaqnostika və müalicəsi üzrə bir sıra tibbi xidmətlər qarşılanır. Bu xidmətlər sayəsində miqrenin dəqiq diaqnozunun qoyulması, xəstəliyin gedişatının izlənilməsi və fərdi müalicə planının hazırlanması mümkün olur. 

Miqrenin diaqnozu klinik qiymətləndirmə (nevroloji müayinə) və zəruri instrumental-diaqnostik metodların tətbiqi ilə qoyulur. Xəstəliyin səbəbini dəqiq müəyyənləşdirmək və digər nevroloji pozuntuları istisna etmək məqsədilə icbari tibbi sığorta hesabına maqnit-rezonans tomoqrafiya (MRT) və elektroensefaloqrafiya (EEQ) müayinələri aparılır. MRT müayinəsi beynin detallı təsvirini əldə etməyə, baş ağrılarının digər mümkün səbəblərini (beyin şişi, insult və s.) vaxtında aşkar etməyə imkan verir. EEQ müayinəsi isə beynin elektrik aktivliyini qeydə almaqla, miqren tutmalarının epilepsiya kimi oxşar klinik əlamətlər verə bilən digər hallardan fərqləndirilməsinə xidmət edir.

Sözügedən müayinələr miqrenə xas şikayətlərin məhz bu xəstəliklə əlaqəli olduğunu təsdiqləməyə şərait yaradır. Belə ki, miqren tutmaları zamanı yaranan güclü, adətən başın bir tərəfində lokalizə olunan pulsasiyaedici (nəbzvari) baş ağrısı, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıq kimi əlamətlərin səbəbi müasir diaqnostik vasitələrin köməyi ilə dəqiq qiymətləndirilə bilir. Nəticədə həkim-nevroloq pasiyent üçün effektiv müalicə metodunu müəyyən edir və miqren tutmalarının tezliyi ilə şiddətinin azalmasına nail olunur.

Həmçinin, tibbi göstərişə əsasən miqren xəstəliyinin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar sözügedən xidmətlərdən yararlanmaq üçün ilk növbədə ailə həkiminə və ya ixtisaslı həkimə (həkim-nevroloqa) müraciət etməlidirlər. Qeyd olunan xidmətlər – həkim-nevroloq konsultasiyası, MRT və EEQ kimi instrumental-diaqnostik müayinələr, eləcə də stasionar müalicə dövründə pasiyentin dərman preparatları ilə təminatı – tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün qeyd edək ki, miqren tutmalarının başlamasına müxtəlif daxili və xarici amillər səbəb ola bilər. Ən çox rast gəlinən qıcıqlandırıcı faktorlar sırasında güclü stres, yuxu rejiminin pozulması və ya yuxusuzluq, hormonal dəyişikliklər (xüsusilə qadınlarda menstrual dövr ərəfəsi), parlaq işıq və ya güclü səsə məruz qalma, habelə bəzi qida məhsullarının (məsələn, şokolad, kofeinli içkilər və s.) qəbulu dayanır. Risk faktorlarından yayınmaq və düzgün müalicə sayəsində miqren xəstəliyinə nəzarət etmək və normal həyat fəaliyyətini bərpa etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 İyun 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri