Icma.az
close
up
RU
İTSDA: Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

İTSDA: Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Miqren ən geniş yayılmış nevroloji xəstəliklərdən biridir və təkrarlanan şiddətli baş ağrısı tutmaları ilə xarakterizə olunur. Bu ağrı çox zaman pasiyentin gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, iş qabiliyyətini aşağı salır və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Miqrenin vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə miqren xəstəliyinin diaqnostika və müalicəsi üzrə bir sıra tibbi xidmətlər qarşılanır. Bu xidmətlər sayəsində miqrenin dəqiq diaqnozunun qoyulması, xəstəliyin gedişatının izlənilməsi və fərdi müalicə planının hazırlanması mümkün olur.

Miqrenin diaqnozu klinik qiymətləndirmə (nevroloji müayinə) və zəruri instrumental-diaqnostik metodların tətbiqi ilə qoyulur. Xəstəliyin səbəbini dəqiq müəyyənləşdirmək və digər nevroloji pozuntuları istisna etmək məqsədilə icbari tibbi sığorta hesabına maqnit-rezonans tomoqrafiya (MRT) və elektroensefaloqrafiya (EEQ) müayinələri aparılır. MRT müayinəsi beynin detallı təsvirini əldə etməyə, baş ağrılarının digər mümkün səbəblərini (beyin şişi, insult və digər) vaxtında aşkar etməyə imkan verir. EEQ müayinəsi isə beynin elektrik aktivliyini qeydə almaqla, miqren tutmalarının epilepsiya kimi oxşar klinik əlamətlər verə bilən digər hallardan fərqləndirilməsinə xidmət edir.

Sözügedən müayinələr miqrenə xas şikayətlərin məhz bu xəstəliklə əlaqəli olduğunu təsdiqləməyə şərait yaradır. Belə ki, miqren tutmaları zamanı yaranan güclü, adətən, başın bir tərəfində lokalizə olunan pulsasiyaedici (nəbzvari) baş ağrısı, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıq kimi əlamətlərin səbəbi müasir diaqnostik vasitələrin köməyi ilə dəqiq qiymətləndirilə bilir. Nəticədə həkim-nevroloq pasiyent üçün effektiv müalicə metodunu müəyyən edir və miqren tutmalarının tezliyi ilə şiddətinin azalmasına nail olunur.

Həmçinin tibbi göstərişə əsasən miqren xəstəliyinin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar sözügedən xidmətlərdən yararlanmaq üçün ilk növbədə ailə həkiminə və ya ixtisaslı həkimə (həkim-nevroloqa) müraciət etməlidirlər. Qeyd olunan xidmətlər – həkim-nevroloq konsultasiyası, MRT və EEQ kimi instrumental-diaqnostik müayinələr, eləcə də stasionar müalicə dövründə pasiyentin dərman preparatları ilə təminatı – tibbi göstəriş əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Miqren tutmalarının başlamasına müxtəlif daxili və xarici amillər səbəb ola bilər. Ən çox rast gəlinən qıcıqlandırıcı faktorlar sırasında güclü stres, yuxu rejiminin pozulması və ya yuxusuzluq, hormonal dəyişikliklər (xüsusilə qadınlarda menstrual dövr ərəfəsi), parlaq işıq və ya güclü səsə məruzqalma, habelə bəzi qida məhsullarının (məsələn, şokolad, kofeinli içkilər və digər) qəbulu dayanır. Risk faktorlarından yayınmaq və düzgün müalicə sayəsində miqren xəstəliyinə nəzarət etmək və normal həyat fəaliyyətini bərpa etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri