Icma.az
close
up
RU
Mir Şahindən sərt sözlər: “Anasından söyüş əmən kim...”

Mir Şahindən sərt sözlər: “Anasından söyüş əmən kim...”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib.

“Yeni Sabah” bildirir ki, o, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. MirŞahin bildirib ki, rəqəmsal platformalar azad söz meydanı kimi təqdim olunsa da, fərqli fikir söyləyən şəxslər dərhal təhqir və təzyiqlə üzləşirlər:

Əvvəlcə, rəqəmsal mühitin təqdim və təlqin etdiyi “söz azadlığı” haqqında: pizza sifarişi

- Deməli, iki vətəndaş-Azərbaycan yazıçısı, şairi, dramaturqu, alimi-Kamal Abdulla və Milli Məclisin üzvü, Ana Vətən partiyasının sədri, Qadın, Ana-Günay Ağamalı müsahibə verib; biri cəmiyyətdə, ailədə qadının rolu haqqında danışıb, o biri isə xüsusilə populistlərin gündəmini zəbt edən “uşaq pulu” mövzusuna toxunub. Və dərhal da hər iki şəxsə sosial şəbəkələrdə linç qurulub. Anasından söyüş əmən kim, atasından təhqirlə əkilən kim… Düşüblər öz söz azadlığı haqqından istifadə edən bu iki nəfərin üstünə. Niyə? Ona görə ki, plintusaşırı səviyyəlilərin, populizmin avanqardında gedənlərin beyni dərinə enə, dünya miqyasında düşünə, məsələn, Bakıda keçirilən urbanizasiya forumunun məramı, qayəsi boyda fikirləşə bilmir. Onlar yalnız bəzi beləbəsit mövzularda fəal ola bilirlər. Qaragüruhun rəqəmsal platformaları mənəvi terror yuvasına çevirməsi isə öz işini görür. Kamal Abdulla və Günay Ağamalı tək qalır, çünki onlar kimi düşünən başqaları sosial şəbəkə naqqallarının təzyiqi altında, təhqir xofu qarşısında susmağı seçib. Nəticədə “sən Allah, xətası məndən uzaq!” yanaşması üstün gəlir. Təkrar edirəm: -bu gün Azərbaycan Dünya Şəhərsalma Forumunu qəbul edir.

- Bu gün Bakı BMT-nin Baş Qərargahı, Dünyanın paytaxtıdır.

Necə deyərlər, bütün yollar bizə gətirib çıxarır. Yer Kürəsi nəhəng məsələləri Bakı Olimpiya stadionunda-WUF13-də müzakirə edir. Bizdə Sosial Şəbəkələrdə isə bir bölük, bir ovuc həpənd uşaq pulu məsələsi və qadının ailə başçısı tək bəzi təbii səlahiyyətlərini dartışır: tərbiyəsiz və həyasız şəkildə. Ən bəsit, populist, plintusaşırı səviyyədə. Söyüş və təhqirin, təhdid və təzyiqin müşayiəti ilə.

Amma niyə?

Amma nədən?

Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın-nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar? Niyə Günay Ağamalının-ananın, qadının, millət vəkilinin səsini boğmağa, dediyinə peşiman etməyə çalışırlar? Üzümü şəbəkə naqqallarına tuturam:

- Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının-Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli… Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!”

Qeyd edək ki, son günlər deputat Günay Ağamalı və Xalq yazıçısı Kamal Abdullanin ailə, qadının cəmiyyətdəki rolu və “uşaq pulu” ilə bağlı səsləndirdikləri fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər iki şəxsə qarşı müxtəlif tənqidi və təhqiramiz paylaşımlar edilməsi ictimai müzakirələrdə söz azadlığı və sosial şəbəkə etikası məsələsini yenidən gündəmə gətirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri