Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün Xalq artisti Ələsgər Ələkbərovun doğum günüdür.

Kulis.az aktyor haqqında materialı təqdim edir.

Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə 3 qardaş, 4 bacı olublar. 8 yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Elə ilk siniflərdən şeirə, ədəbiyyata, sənətə böyük marağı olduğundan həmyaşıdları onu “aktyor” deyə çağırıblar.

***

Ələsgər Ələkbərov atası rəhmətə gedəndən sonra təhsilini doqquz saylı məktəbdə davam etdirir. 13 yaşı olandan sonra artıq işləməyə başladığına görə, 23 saylı məktəbdə gecə dərslərinə getməklə təhsilini başa vurub. 14 yaşından Ələsgər Ələkbərov Əbilov adına klubun dram dərnəyinə getməyə başlayır. Anası onun bu istəyinə qətiyyətlə etiraz etsə də Ələsgər fikrindən dönmür.

Aktrisa Hökümə Qurbanova ilə qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə, guya o, özü də bu elçilikdə iştirak edib. Lakin Hökümə xanımın anası elçilərə "yox2 cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütrüflük edir, mən ona qızımı verə bilmərəm"...

İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə digər otaqda ağlayırmış: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...”

Sonda razılıq alınır. Onlar 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.

Ayrılandan sonra hər iki sənətkar uzun illər bir-biriylə küsülü qalıblar. Yalnız “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyir. Beləcə, neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.

Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutur. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulur.

***

Adil İsgəndərovun görüb bəyənib, rol verdiyi ilk milli kadrlardan biri Ələsgər Ələkbərov olub. “Otello” tamaşasındakı Otello obrazını da Ələsgərə Adil İsgəndərov tapşırıb.

1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra ərizə yazaraq işdən çıxır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.

***

Sənət dostlarının söhbətlərinə görə, onların arasında inciklik hələ “Vaqif” tamaşasından əvvəl də varmış.
Hətta Adil İsgəndərov küsülü olsalar da Vaqif rolunu Ələsgər Ələkbərova verəndə teatrda hamı bunu təəccüblə qarşılayıb. Onların təəccüb dolu baxışlarına Adil İsgəndərov bir kəlmə ilə cavab verib: "qadam, mən ondan başqa Vaqif görmürəm."
Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov küsülü olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” deyirmiş. Bir müddət sonra Adil İsgəndərov da teatrdan gedir. 1960-cı ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdıb və o, sonralar “İsgəndərovsuz teatr həmin teatr deyil” deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirib.

Sənət yoldaşı Leyla Bədirbəyli öz xatirələrində Ələsgər Ələkbərov haqqında yazır: “Bir qüdrətli sənətkar kimi ona qarşı çox haqsızlıqlar olmuşdu. Son vaxtlar xəstələnmişdi, tez-tez ürəyindən şikayət edirdi. Təəssüf ki, buna inanan çox az idi. Axşam “Alov” tamaşası olmalı idi. Tamaşaya iki saat qalmış xəbər gəldi ki, Ələsgər xəstələnib, həkimlər yataqdan qalxmağa icazə vermirlər. Teatra getdim, hamı həyəcan keçirirdi. Əlbəttə, hamıdan çox rejissor Mehdi Məmmədov narahat idi. Biletlər satılmışdı, tamaşanı təxirə salmaq olmazdı. Tamaşa başlandı. Kamalov rolunu Mehdi Məmmədov özü ifa etdi. Evə çatan kimi ona zəng vurdum. “Xəstədir, yataqdadır” - cavabını verdilər. Görünür, mənim zəng vurduğumu eşidib, dəstəyi aldı, ani sükutdan sonra zəif səsini eşitdim.

- Olmasın azar, sənə nə oldu, gözə gəldin? - zarafat elədim.

- Az qala, getmişdim - dedi.

***

İki gün sonra “Kirpi” jurnalında onun ünvanına layiq olmadığı yazı yazılır: “Ələkbərovun nazına görə minlərlə tamaşaçı narazı getdi".

“Böyük dayaq” filmi çəkilərkən aktyorun böyrəklərində ciddi nasazlıq baş verib. Filmin çox kadrlarında o, at üstündə olmalı imiş. Lakin Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır.

***

Deyilənə görə, “Böyük dayaq” filmindəki Rüstəm kişi obrazında onu başından vurub Kürə atdıqları zaman, həqiqətən, zərbənin ağırlığından başından zədə alıb. Amma həmin kadrda onun başına vurulan ağac olmayıb, yumşaq material olub.

Aktyor Rafiq Əzimovun dediklərinə görə, isə 1961-ci ildə SSRİ Xalq artisti adı alandan sonra həmin axşam Ələsgər Ələkbərov “Otello”nu oynayıb. Tamaşanın sonunda Otello yerə yıxılan zaman aktyor oyuna qapılıb özünü yerə möhkəm çırpıb və başı səhnənin döşəməsinə elə bir zərbə ilə dəyib ki, amfiteatrda əyləşənlər onun əks –sədasını eşidib: “Hamı özündən asılı olmayaraq heyrətlə ayağa qalxdı, elə bildik, Ələsgərə nə isə oldu, pərdə dərhal bağlandı, sonra baş əyməyə gələndə gördük gülümsəyir, amma o zaman başı zədə almışdı”.
Aktyorun səhnədə aldığı zədə onu ölümünə qədər müşayiət edib.

Ələsgər Ələkbərovun tacir oğlu olması ona çox əziyyət verib. Sovet vaxtı, xüsusən, 30-cu illərdə və təkrar 50-ci illərdə... Çətinliklər, qorxulu günlər, yuxusuz gecələr. Hər yeni tamaşanın premyerası olan gecə aktyorun gözünə yuxu getmirmiş. Hər an Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayıb.

1963-cü il yanvarın 31-i səhər saat 6 radələrində böyük sənətkar Ələsgər Ələkbərov dünyasını dəyişir. O, 53 yaşında dünyasını vaxtsız dəyişəndə onu son mənzilə yola salmağa ilk məhəbbəti Hökümə Qurbanova və köhnə dostu Adil İsgəndərov da gəlir. Dərin kədər və düşüncələr içində...

"Bir zamanlar Abşeronda" filmi təqdim olundu Məşhur model əməliyyat olunacaq Siz düşәrsiz pәrişana, durnalar - Vidadi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Mart 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri